Icma.az
close
up
RU
Rusiya hakerlərindən bu ölkəyə hücum

Rusiya hakerlərindən bu ölkəyə hücum

Rusiyalı hakerlər İtaliyanın rəsmi qurumlarının saytlarına kiberhücum edib.

"Cebheinfo.az" ANSA agentliyinə istinadən xəbər verir ki, “NoName057” adlı haker qrup İtaliyanın bəzi rəsmi qurumlarının internet saytlarına kiberhücum həyata keçirib.

Qrup “Telegram”-da verdiyi açıqlamada Xarici İşlər Nazirliyinin, Milanda iki hava limanının və bəzi rəsmi qurumların internet saytlarının hədəf alındığını bildirib:

“İtalyan rusofoblarına (anti-rusçuluq) layiq olduqları cavab verilir”, - deyərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İtaliya rəsmiləri hücumun uçuşlara heç bir maneə törətmədiyini bildiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:30
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri