Rusiya ilə sülh bu tarixdə imzalanacaq Vaxt açıqlandı
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya ilə müharibə bu il başa çata bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa deyib.
O bildirib ki, Rusiya ilə müharibəyə 2025-ci ildə son qoyulacağına inanır.
“Bununla belə, Rusiya tərəfi sülh danışıqlarında iştirak imitasiyasını davam etdirir. Yalnız yeni əraziləri ələ keçirmək üçün vaxt qazanmağa çalışır. Ancaq Tramp Rusiya prezidenti Vladimir Putinin qorxduğu dünya lideridir. ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatı üçün dağıdıcı olmalıdır. Bu gün bütün dünya Amerika prezidentinin vədlərini yerinə yetirib-yetirməyəcəyini izləyir. Hesab edirəm ki, sanksiya təzyiqi sülhü yaxınlaşdıra bilər”.
Sibiqa onu da əlavə edib ki, müharibəyə son qoymaq təkcə Ukraynanın deyil, həm də qlobal güclərin maraqlarına cavab verir.
“Ukrayna hazırda təhlükəsizliyin təminatçısıdır. Müharibənin necə başa çatması Avropanın və digər regionların təhlükəsizliyinə təsir edəcək. Bunu başa düşmək lazımdır və biz Rusiyanı sülhə məcbur etmək üçün birlikdə çalışmalıyıq”, – nazir vurğulayıb
Baxış sayı:39
Bu xəbər 02 Avqust 2025 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















