Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Sülh nə vaxt imzalanacaq?

Sülh nə vaxt imzalanacaq?

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İrəvan “vasitəçilər” axtarışında...

2022-ci ildən start götürən sülh təşəbbüsü prosesi demək olar ki, nəticəyə yaxınlaşmaqdadır. Əvvəlki dövrlərdə vasitəçilərin iştirakı ilə aparılan, amma hər hansı bir nəticə verməyən proses 2023-cü ilin sonundan etibarən ikitərəfli təmas halında davam etdi. Bir ildən artıq müddətdə qarşılıqlı müzakirələr nəticəsində artıq sülh sənədinin 17 maddəsinin hər biri razılaşdırılıb - sülhün imzalanmasına cəmisi bir addım qalıb. Ermənistanın bu “bir addım”ı atması bölgədə daimi və əbədi sülhün yaranmasına yol açacaq.

Azərbaycanın mövqeyi qəti və bəllidir

Sülh sənədinin 17 paraqrafının razılaşdırılması olduqca mühüm bir hadisədir - sadəcə olaraq, Ermənistan sülhün əbədiliyinin qorunması üçün bəzi addımlar atmalıdır. Burada söhbət hansısa əlavə şərtdən getmir - Ermənistan prosesin tam həlli üçün bu addımlara getməlidir. Bunun üçün isə İrəvan ATƏT-in Minsk Qrupunun ləğvi və dövlət Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi məsələlərini reallaşdırmalıdır. Aprelin 2-də Prezident İlham Əliyev Almaniyanın dövlət başçısı ilə birgə jurnalistlərin suallarını cavablandırarkən də vurğulayıb ki, birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmayıb: “Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni bu, birinci məsələdir”.

Dövlət başçısı vurğulayıb ki, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır: “Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Bəli, Ermənistan üçün sülhə nail olmaq bu iki şərtin yerinə yetirilməsi qədər yaxındır. Yəni sülhün imzalanması vaxtı məhz bu iki şərtin yerinə yetiriləcəyi dövrə təsadüfi edəcək...

Qrononun “arzusu”...

Bununla belə, İrəvan Azərbaycanın haqlı fikirləri ilə razılaşaraq bu addımları atmaq yerinə, yenidən fərqli yollara əl atır. Hətta öz aləmində “diplomatik vasitəçi” müəyyənləşdirərək “arzularını” bakıya çatdırmağa çalışır. Halbuki, bir ildən artıqdır ki, Ermənistan ilə Azərbaycan arasında vasitəçisiz təmas mövcuddur - İrəvan hansısa bir fikrini Bakıya çatdırmaq üçün kimlərinsə “yardımından” istifadə etməyə də bilər.  Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edərkən qurum rəsmisi sazişin imzalanmasının vacibliyini “vurğulayıb” - Bunun regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib. Maraqlıdır ki, cəmisi 3 ay öncə Bakıda olan və ən yüksək səviyyədə qəbul edilən, Azərbaycanın mövqeyi ilə tam yaxından tanış olan Maqdalena Qrono nə üçün Ermənistanın hökumət başçısına sülh üçün vacib olan bu addımların atılması haqda məsləhət verməyib? Əgər Ermənistan həqiqətən də “sülhpərvər ölkə”dirsə, nə üçün bu addımları atmır - əksinə, silahlanmanı ən yüksək səviyyədə davam etdirir, hərbi təlimlərini intensivləşdirir, revanşist arzulara birdəfəlik son qoymur. Demək ki, Maqdalena Qrononun “dilindən səsləndirilən” bu “arzu” Ermənistanın “mesajıdır” və İrəvan yenə də sülhü uzatmaq üçün manevrlərə əl atır.

İrəvan köhnə ənənəyə qayıdır - uğursuz “mesaj siyasəti”...

Bu faktı təsdiq edən növbəti bir fakt - Bakıda keçirilən mətbuat konfransı zamanı almaniyalı jurnalistin Prezident Frank-Valter Ştaynmayerə “Ermənistandan Azərbaycana hər hansı mesaj gətirmisinizmi?” sualına cavab olaraq Almaniya Prezidenti “ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsidir. Sonra isə digər problemlər də həll oluna bilər. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq” şəklində cavab verir.  Dolayısı ilə Ştaynmayer də Qrononun “təklifini” səsləndirir. Bu amil bir çox mətləblərdən xəbər verir:

- Birincisi, Ermənistan yenə də köhnə adətindən əl çəkməyərək sülh prosesinə hansısa qurumları və ya ölkələri qatmaq niyyətinə düşüb;

- İrəvan özündən sülh göyərçini düzəltməklə guya prosesə sadiq qaldığını göstərməyə çalışır;

- Özünün silahlanmasını ört-basdır etmək üçün sülh sənədini imzalamağa hazır olduğunu irəli sürür.

Halbuki, Ermənistan əgər sülh üçün səmimi şəkildə səy göstərsəydi birinci növbədə ATƏT-in Minsk Qrupunun ləğvində, ölkə Konstitusiyasının dəyişdirilməsində maraqlı olardı. Demək ki, Ermənistanın sülh sağırışları yalnız görüntü xarakteri daşıyır.

Aİ missiyası, Zəngəzur dəhilizi - Ermənistan sülhpərvərdirsə...

Ermənistanın dildə sülh, əməldə isə tamam əks mövqe sərgiləməsinin başqa bir faktoloji sübutu isə razılığın əldə olunduğu halda belə Aİ missiyasının şərti sərhəd zonasından tam yığışdırılmamasıdır. Ermənistan bununla ikili oyununu davam etdirməyə çalışır - bir tərəfdən, özünü sülhsevər mövqedə göstərir, digər yandan isə Aİ-yə yandaşlıq etmək üçün missiyaya göz yumur.

Eyni mövqeni Zəngəzur dəhlizi ilə bağlı da bölüşmək olar. Sülhün zəmininin formalaşdırılmasına rəvac verəcək mühüm bir detal - Zəngəzur dəhilizinin açılması təmin edilməlidir. Sülh prosesi çərçivəsində aktiv müzakirə edilən məsələlərdən biri də məhz Zəngəzur dəhlizidir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Qeyd edək ki, müzakirə edilən bu dəhliz müasir “Böyük İpək yolu”dur. Başqa sözlə, “Şərq-Qərb” ticarət yolunun ən mühüm seqmentlərindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi adıçəkilən tranzit xətt üzrə mühüm üstünlüklər formalaşdırır.  Ən əsası isə bu dəhliz Azərbaycandan Azərbaycana, yəni Naxçıvana ən qısa və optimal yol sayılır. Prezident İlham Əliyev yerli televizayalara müsahibəsində bildirmişdi ki, biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.

Bəli, Ermənistan iddia etdiyi kimi sülhpərvərdirsə, irəli sürülən bu məsələlərin həllini tezləşdirməlidir. Amma biz nəyin şahidi oluruq? Ermənistanın siyasi hakimiyyəti bu məsələ üzərindən də spekulyasiya aparır, başqa yollar “təklif” edirlər. Bu mövqe sülh mövqeyi sayıla bilərmi? Təbii ki, yox. Ermənistanın apardığı siyasət sülhün yaxınlaşdırılması yox, daha da uzaqlaşdırılmasıdır...

P.SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri