Rusiya ilə toqquşmaya hazırlıq başladı: Siyahıda Türkiyənin də adı var
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO qüvvələri Aralıq dənizində, İtaliya sahilləri yaxınlığında genişmiqyaslı “Neptune Strike” təlimlərinə start veriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata əsasən, bu təlimlərin əsas məqsədi Rusiya ilə ehtimal edilən gərginlik və mümkün münaqişə ssenarilərinə operativ cavab verməkdir.
Təlimdə ABŞ-la yanaşı, Birləşmiş Krallıq, Yunanıstan, Polşa və Türkiyənin də daxil olduğu ümumilikdə 10 NATO ölkəsinin hərbi qüvvələri iştirak edir. Maneyvr proqramı çərçivəsində qoşunlar NATO-nun şərq cinahında Rusiya sərhədlərinə yaxın bölgələrdə yerləşən təlim poliqonlarına uzaqmənzilli zərbələrin endirilməsi üzrə ssenariləri məşq edirlər.
Bu, həm hava, həm dəniz, həm də birgə əməliyyat imkanlarının koordinasiyasını artırmağa yönəlib.
CBS News qeyd edir ki, “Neptune Strike” əməliyyatının əsas hədəflərindən biri Aralıq dənizinin kritik dəniz zolaqlarının müdafiəsi üzrə alyansın hazırlığını gücləndirməkdir.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 22 Noyabr 2025 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















