Rusiya indi də İrandan əsgər toplamağa çalışır Bu qədər pul təklif edir
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Ukraynaya qarşı döyüşmək üçün İrandan muzdlular dəvət edir.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, Rusiya Ukrayna müharibəsi üçün İran vətəndaşlarını orduya cəlb etmək məqsədi ilə Tehranda iş elanı yayıb.
Elan Rusiyanın hərbi strukturları adından yayılıb və müraciət edənlərə yüksək məbləğdə ilkin ödəniş və aylıq maaş vəd olunur. Təlimlərin Rusiyanın Ufa şəhərində keçiriləcəyi, iştirakçılar üçün dil kurslarının da təşkil ediləcəyi qeyd olunub.
Bildirilir ki, orduya qatılanlara ilkin ödəniş kimi 20000 ABŞ dolları, aylıq maaş olaraq da 2000 ABŞ dolları veriləcək.
Müqavilə sonrası birdəfəlik ödəniş 1.400.000 – 1.700.000 rubl, aylıq ödənişlər isə 210000 rubl nəzərdə tutulub.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 09 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















