Icma.az
close
up
RU
Rusiya iqtisadiyyatını çətin günlər gözləyir?

Rusiya iqtisadiyyatını çətin günlər gözləyir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Rusiya iqtisadiyyatının qarşıdakı illərdə inkişafını davam etdirə bilməsi üçün milyonlarla ixtisaslı miqranta ehtiyac var”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın ildə ən azı 3 faiz artması vacibdir, əks halda Rusiya sosial və struktur problemlərini həll edə bilməyəcək:

“Son dövrlərdə inflyasiyaya qarşı mübarizəyə o qədər fokuslandıq ki, iqtisadi artımı unutduq. Artım olmadan heç nə mümkün deyil. Artıq Rusiyanın daxili potensial resursları tükənib. Ölkədə əmək qüvvəsi çatışmazlığının yaxın bir neçə il ərzində 2,8 ilə 5 milyon nəfər arasında olacağı proqnozlaşdırılır. 

Bu boşluğu doldurmağın yeganə sürətli yolu xaricdən miqrasiya qəbul etməkdir. Lakin mövcud miqrasiya siyasəti əsasən aşağı ixtisaslı işçiləri cəlb edir. Hazırda biz yüksək ixtisaslı insanları itirir, aşağı ixtisaslıları cəlb edirik. Xarici tələbələr üçün isə qanunlar sanki ölkəni tərk etmələrini təşviq edir”.

O əlavə edib ki, yüksək faiz dərəcələri investisiyaları və məhsuldarlığın artımını əngəlləyir:

“Bu şəraitdə hökumət təhsil və elmə daha çox sərmayə yatırmalıdır. Belə ki, ixtisaslı miqrantları ölkəyə cəlb etmək və xarici tələbələrin məzun olduqdan sonra burada qalmasını təmin etmək artıq təkcə iqtisadiyyat deyil, milli təhlükəsizlik məsələsidir”.

Rəsmi proqnozlara görə, Rusiya iqtisadiyyatı 2025-ci ildə 1 faiz, 2026-cı ildə isə 1,3 faiz artacaq.

Lakin German Qref bu il artımın təxminən 0,8 faiz səviyyəsində qalacağını, gələn il də eyni səviyyədə olacağını proqnozlaşdırır. 

İqtisadçılara görə, ölkənin hədəflənən 3 faizlik artım tempinə çatması üçün həm məhsuldarlığı artıracaq struktur islahatlarına, həm də əmək bazasını gücləndirəcək miqrasiya siyasətinə ehtiyac var.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri