Rusiya iqtisadiyyatını çətin günlər gözləyir? Qrumun hesabatı
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Rusiya iqtisadiyyatı 2025-ci ildə ciddi problemlərlə üzləşəcək - İSW
Bakupost.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (İSW) hesabatında deyilir.
Analitiklər yazır ki, Kremlin son iqtisadi siyasəti Rusiya iqtisadiyyatının 2025-ci ildə ciddi problemlərlə üzləşməsi ehtimalının olduğunu göstərir. Bu səbəbdən Rusiya prezidenti Vladimir Putin Rusiyanın uzunmüddətli iqtisadi sabitliyindən narahatdır.
Xüsusilə, Kreml son vaxtlar Rusiya hökumətinin yaralı hərbçilərinə xərclərini azaltmağa, inflyasiya ilə mübarizəyə, aşağı doğum səviyyəsi və işçi qüvvəsi çatışmazlığı kimi uzunmüddətli demoqrafik problemlərin həllinə yönəlmiş bir sıra qərarlar qəbul edib.
Bu siyasət göstərir ki, Rusiya iqtisadiyyatı Rusiya hökumətinin dediyi və iddia etdiyi kimi Qərbin sanksiyalarına, monetar məhdudiyyətlərə və hərbi əməliyyatların bahasına qarşı dayanıqlı deyil.
Bu, həm də onu deməyə əsas verir ki, Kreml Rusiya cəmiyyətini iqtisadi problemlərdən qoruyaraq, uzunmüddətli hərbi əməliyyatları illər və onilliklər boyu davam etdirə bilməyəcək.
Nəticədə, Ukraynanın döyüş meydanında müqavimətinə davamlı Qərb və beynəlxalq dəstək Rusiyanın iqtisadi problemlərini daha da kəskinləşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















