Rusiya İranın qaz layihələrinə 8 milyard yatıracaq
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Rusiya İranın qazla bağlı layihələrinə 8 milyard dollar sərmayə yatıracaq”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali danışıb.
Onun sözlərinə görə, bu, iki ölkə arasında razılaşmalara əsasən həyata keçiriləcək.
Cəlali qeyd edib ki, məbləğin bir hissəsi (təqribən 5 milyard dollar) artıq razılaşmalarla nəzərdə tutulub: “Razılaşmaların geri qalan hissəsini yekun təsdiqi gözləyir”.
Səfir, həmçinin Tehranın Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanlarda ölkəyə səfərini gözlədiyini vurğulayıb.
Xatırladaq ki, cari il yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığa dair saziş imzalanıb. Sənəd mayın əvvəlində İran parlamentinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















