Icma.az
close
up
RU
Rusiya və İranın məğlubiyyəti Başlanğıc

Rusiya və İranın məğlubiyyəti Başlanğıc

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Süleymaninin öldürülməsi ilə İkinci Dünya müharibəsindən sonra yaranmış dünya düzəni dağılmağa başladı

Böyük Britaniyanın nüfuzlu “The Times” nəşri 2019-cu ilin sonunda 2020-ci ildə bəşəriyyətin taleyinə ən çox təsir edəcək 20 nəfərin siyahısını hazırlamışdı. 20 nəfərlik siyahıdakı şəxslərdən biri də İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı bölməsinin komandanı general Qasım Süleymani idi. Bu hadisədən cəmi bir neçə gün sonra Süleymani Bağdadın beynəlxalq hava limanını “Toyota Avalon” avtomobilində “Hyundai Stareks” mikroavtobusunun müşaiyyəti ilə tərk edərkən raket zərbəsi ilə öldürüldü.

Mərkəzi Kəşfiyat İdarəsinin (Central Intelligence Agency-SİA) sabiq direktoru Devid Petrus İraqdan Livana, Suriyadan Əfqanıstana kimi çox geniş bir çoğrafiyada “həyalət general” (əyulə-zombi-red.) ləqəbi ilə tanınan Süleymanini şərin canlanmış təcəssümü hesab edirdi. Petrus Süleymani ilə 2008-ci ildən “tanış idilər”. Süleymani 2008-ci ildə İraqdakı çoxmillətli NATO hərbi qüvvələrinə rəhbərlik edən Petrusa belə bir mətinli məktub göndərdərək İraqdan çıxmalarını tələb etmişdi: “General Petrus, siz bilməlisiniz ki, mən, Qasım Süleymani İranın İraq, Suriya, Livan, Əfqanıstan və Qəzza siyasətinə cavabdeh şəxsəm və siz mənim ərazimə girmisiniz”.

Amerikalı digər bir general Mark Xertlinq Sülemanini belə xarakterizə etmişdi: “O bütün həyatı boyu döyüşüb. Bu sakit, xarizmatik oğlan strateji dahi və bacarıqlı taktik idi”. SİA-nın Yaxın Şərq üzrə “əsas adam”ı hesab olunan Con Maqvayr Süleymanini Yaxın Şərqdə ən güclü təsirə malik şəxs adlandırmışdı. 

Süleymani Tayland, Nyu-Dehli, Laqos və Nayrobidəki terror hadisələrinin, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin də təşkilatçısı idi. Bütün bu əməliyyatlar onun sərhəd tanımadığını, “əlinin nə qədər uzun olduğunu”  göstərirdi.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin təşkilatçısının Süleymani olduğu məlum olduqda onun məhv edilməsi müzakirə olunmuş, lakin Ağ Ev Süleymaninin öldürülməsinin İranla müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bundan imtina etmişdi.

Süleymani son 20 ildə İranın xaricində kəşfiyyat-diversiya, terror və döyüş əməliyyatlarını planlaşdırmış və yönəltmişdi. Qasım Süleymani Suriyada Rusiya-İran işbirliyinin memarı, Yaxın Şərq və Cənubi Qafqazda Qərbə qarşı Rusiya-İran siyasətini müəyyən edən və həyata keçirən bir neçə şəxsdən biri idi. Sonrakı proseslər göstərdi ki, Tehranın bütün cəhdlərinə baxmayaraq İran Süleymaninin öldürülməsi ilə yaranan boşluğu doldura bilməyib. Süleymaninin öldürülməsi Rusiya-İran cütlüyünün məğlubiyyətinin, İkinci Dünya müharibəsindən sonra yaranmış dünya düzənin dağılmağa başladığı andır. Tarixin dönüş nöqtəsi olan bu hadisə Azərbaycan torpaqlarının 26 illik işğaldan azad edilməsinə gedən yolun da başlanğıcı idi.

Müəllif: Xaqani Cəfərli – Politoloq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri