Icma.az
close
up
RU
Rusiya işğalçı dövlətdir, ounu bağışlamaq mümkün deyil Politoloq

Rusiya işğalçı dövlətdir, ounu bağışlamaq mümkün deyil Politoloq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Danışıqların gərgin tərzdə keçməsi təbii haldır. Çünki bu danışıqlar, yəni siyasi müstəvidə, diplomatik müstəvidə gedən proseslər, əslində, döyüşlərə bənzəyir. Ümumiyyətlə, bilirsiniz ki, bütün klassiklər həmişə deyiblər: müharibənin aparılması siyasətin sərt güc vasitəsilə davam etdirilməsi deməkdir. Hazırda da gündəmdə mövqe qarşıdurması dayanır və burada hər tərəf çalışacaq ki, özü üçün daha imtiyazlı vəziyyət əldə etsin".

Bu fikirləri Redaktor.az-a Rusiya-Ukrayna müharibəsinin gedişatından bəhs edən politoloq Tofiq Abbasov bildirdi. Onun sözlərinə görə, bütün tərəflər təhlükəsizlik zəmanətlərindən danışırlar:

"İlk növbədə Ukraynanın mövqeyi ən zəif mövqedir. Biz görürük ki, ölkənin daxilində ictimai-siyasi durum getdikcə gərginləşir, daha xaotik bir hal alır. Arzuolunmaz odur ki, bəzi dünya qüvvələri bundan sui-istifadə etməyə başlayırlar. Xüsusilə də bu, Avropaya aiddir. Avropa özünü çox mənfur şəkildə aparır. Rusiya ilə bağlı hər şey bəllidir: Rusiya işğalçı dövlətdir, qonşusunun ərazisinə təcavüz edib. Bunu bağışlamaq və ya anlamaq mümkün deyil. Amma digər tərəfdən sual yaranır: müharibə olmaya bilərdimi? Əlbəttə ki, olmaya bilərdi. Bəs niyə müharibə başladı? Niyə Rusiya bunu "xüsusi hərbi əməliyyat" adlandırdı? Çünki Qərb onsuz da Ukraynanı Rusiya ilə mübarizəyə hazırlayırdı. Onlara silah-sursat verirdilər, digər tərəfdən canlı qüvvəni müxtəlif ölkələrdə - Polşada, Çexiyada, Almaniyada, Britaniyada təlimlərlə hazırlayırdılar. Britaniya mütəxəssisləri və təlimatçıları bu prosesdə çox yaxından iştirak ediblər və böyük hazırlıq işi görüblər. Qərbin çatdırmadığı yeganə şey Ukraynaya hərbi-hava qüvvələri üçün lazımi texnikanın verilməsi idi, yeni təyyarələr çatdırılmadı. Bundan başqa, Ukraynanı Rusiyadan tam ayırmaq üçün Qara dənizin dibi ilə Rumıniya tərəfdən iki xətt qaz və neft kəməri çəkilməli idi, lakin yetişdirə bilmədilər. Beləliklə, əgər Qərb bu müharibədə maraqlı olmasaydı, müharibə baş verməyə bilərdi".

Müsahibimiz bildirdi ki, indi onlar müharibənin son mərhələsinə çatıb.

"Həm Rusiyada, həm Ukraynada, həm də Qərbdə çox böyük yorğunluq var. Bu müharibə bir çox qüvvələri tamamilə tükəndirir. Ona görə də vaxt yetişib ki, prosesin nöqtəsi qoyulsun. Rusiya çalışacaq ki, Ukraynanın hərbi qüvvələri təmas xəttindən, qarşıdurma xəttindən uzaqlaşdırılsın. Əgər Ukrayna buna getməsə, Putin demiş, onlar bunu zorla edəcəklər. Ukraynanın arxasında duran Avropa ölkələri isə müharibənin dayanmasına o qədər də meyilli deyillər. Yalnız Donald Tramp müharibənin dayanmasını istəyir. Onun da bu prosesdən gözləntiləri var. İlk növbədə bu, onun siyasətinə Amerika vergi ödəyicisinin artan narazılığı ilə bağlıdır. Tramp çalışır ki, bu prosesdə sülhə nail olsun ki, bir il sonra keçiriləcək Konqres seçkilərində partiyasının mövqelərini gücləndirə bilsin. Düzdür, mən həmişə deyirəm ki, ABŞ siyasi ənənəsində xarici siyasətin daxili siyasətə təsiri çox güclü deyil. Amma hər halda Tramp sülh qələbəsini əldə etsə, bu həm partiya daxilində vəziyyəti canlandıra bilər, həm də vergi ödəyiciləri anlayarlar ki, Tramp bu qədər vacib məsələni həll edə bilibsə, daxili siyasətdə də nəticə verə bilər. Yəni bu, bir növ siyasi dopinq, fəallıq impulsudur və Tramp bunun üçün çalışacaq.

Təbii ki, buradakı ən vacib məsələ müharibənin tezliklə dayandırılmasıdır. Bu, hansı şərtlərlə baş verəcək və tərəflər hansı zəmanətləri qazana biləcəklər? Görürsünüz, artıq məhdudiyyətlər müzakirə olunur: Ukraynanın silahlı qüvvələrinin sayının 600 mindən artıq olmaması, bəzilərinə görə 800 minə qədər olması və sair. Amma inanmıram ki, Ukraynanın öz mövqeyi nəzərə alınmadan onun adından danışmaq doğru olsun. Bu, sözün əsl mənasında neoimperialist yanaşmadır. Odur ki, Britaniya, Almaniya, Fransa öz davranışlarına diqqət etməli, heç olmasa dünya qanunvericiliyinə hörmət göstərməsələr belə, dünya birliyinə münasibətlərini bir qədər sağlamlaşdırmalıdırlar", - deyə Tofiq Abbasov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri