Icma.az
close
up
RU
Politoloqdan sərt açıqlama: “Rusiya işğalçı dövlətdir”

Politoloqdan sərt açıqlama: “Rusiya işğalçı dövlətdir”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, son vaxtlar Rusiya Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına, eləcə də Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına zərbələr endirib.

Bu hücumlar Azərbaycanın xaricdəki enerji infrastrukturuna qarşı yönəlmiş təhlükə kimi dəyərləndirilir.

Belə ki, müharibə aparılan ərazidə üçüncü ölkəyə məxsus obyektlərin hədəfə alınması beynəlxalq hüquq normalarına görə cinayət sayılır.

Maraqlıdır, Moskvanın əsas məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, yoxsa regiondakı güc balansına təsir göstərmək istəyir?
 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya artıq uzun müddətdir beynəlxalq hüquq normalarını pozub. 

O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünü pozması Rusiya tərəfindən beynəlxalq hüququn açıq şəkildə tapdalanmasıdır:
“Baş verən son hadisələr onu göstərir ki, artıq Rusiya beynəlxalq hüquq normalarını pozub. Xüsusən Ukraynanın ərazi bütövlüyünü pozanda bu, artıq beynəlxalq hüququn tapdamış və onu heç saymışdı. Eləcə də, Ukrayna ərazilərinin işğalından sonra onların ilhaq edilməsi və Rusiyanın həmin torpaqları öz ərazisinin bir hissəsi sayması da beynəlxalq hüququn açıq-aşkar pozulması və işğalçılıq siyasətidir.

Rusiya işğalçıdır, Rusiya Ukrayna ərazilərini işğal etmiş dövlətdir. Rusiya Gürcüstanın ərazi bütövlüyünə müdaxilə etmiş, Moldovanın ərazi bütövlüyünü pozmuş dövlətdir. Birmənalı olaraq, Rusiya işğalçı dövlətdir və onun üçün beynəlxalq hüquq normaları sıfırdır”.

Onun sözlərinə görə, Azərbaycanın Ukrayna ərazisindəki müəssisələrinə hücum da Rusiyanın işğalçı mahiyyətindən irəli gəlir:

“Bununla Rusiya həm də Ukraynanı təxribata çəkməyə çalışır. Kreml Rusiyada fəaliyyət göstərən xarici şirkətlərə məxsus obyektlərin guya Ukrayna tərəfindən vurulmasına şərait yaratmaqla beynəlxalq ictimaiyyəti Ukraynanın əleyhinə qaldırmaq niyyətindədir.

Halbuki bu yaxınlarda İranla İsrail arasında baş vermiş 12 günlük müharibə zamanı İsrail və ABŞ İrandakı xarici şirkətlərin obyektlərini vurmadı. Onlar yalnız nüvə obyektlərini, hərbi bazaları və hərbi rəhbərləri hədəfə aldılar.

Mülki infrastruktur və xarici şirkətlərin müəssisələrinə hücum edilmədi.Bildirim ki, İran ərazisində həm Çin, həm də Rusiyaya məxsus çoxsaylı müəssisələri fəaliyyət göstərir. Deməli, İsrail və ABŞ Rusiyadan fərqli olaraq daha səliqəli müharibə aparır”.

Politoloq vurğulayıb ki, Rusiya Azərbaycana qarşı qisas yanğısı güdür:

“Rusiyanın həm də Azərbaycana qarşı bir qisas yanğısı var. Bu qisas yanğısını SOCAR-ın Ukrayna ərazisindəki müəssisələrinə hücum etməklə çıxarmağa çalışır.

Əslində bunun regiondakı güc balansına və ya başqa məsələlərə heç bir aidiyyəti yoxdur. Bu, Rusiyanın tarixi və ənənəvi olaraq özünü “jandarmeriya” kimi aparmasının nəticəsidir.

Çar Rusiyası dövründən bəri Moskva dünya siyasətində özünü həmişə “jandarmeriya” rolunda, yəni polis rolunda çıxış edib. Rusiya mövcud olandan belə olub. O, heç bir siyasəti, diplomatiyanı və beynəlxalq qanunu qəbul etməyib.

Bu gün də vəziyyət eynidir. Uzağa getməyə ehtiyac yoxdur, Azərbaycan torpaqlarının işğalında Rusiyanın birbaşa iştirakı olub və torpaqlarımızın uzun müddət işğal altında qalmasında da əsas rollardan birini oynayıb.

Həmçinin, Azərbaycan türklərinin Ermənistan ərazisindən qovulmasında sovet hakimiyyəti və onun indiki varisi olan Rusiya əsas iştirakçılardan biri olub”.

O bildirib ki, Rusiyadan beynəlxalq hüquqa hörmət etməsini gözləmək sadəlövhlük olardı:
“Azərbaycanın beynəlxalq nüfuzuna bu hücumların heç bir mənfi təsiri ola bilməz. Əksinə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, Rusiyanın bu ölkədə apardığı müharibəni işğalçı müharibə hesab edir.

Ona görə də bu hadisələrin Azərbaycanın beynəlxalq mövqeyinə mənfi təsir göstərəcəyi barədə iddialar tamamilə əsassızdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri