Icma.az
close
up
RU
Rusiya işğaldan sonra özünün ən çətin dövrünü yaşayır...

Rusiya işğaldan sonra özünün ən çətin dövrünü yaşayır...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Ölkənin Milli Rifah Fondunun üçdə ikisi artıq tükənib...

...ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya iqtisadiyyatının çöküş ərəfəsində olduğunu, Ukraynanın isə öz ərazilərini geri almaq şansının olduğunu bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian yazır.

Həqiqətən də Rusiya işğaldan sonra özünün ən çətin dövrünü yaşayır. Hərbi xərclər Kremlin prioriteti olaraq qalır, baxmayaraq ki, onun artımı büdcə boşluğunu genişləndirir. Yanvar-iyul ayları üçün kəsir artıq planlaşdırılan hədəfləri üstələyib və 2026-cı ilə qədər onun təxminən 4,6 trilyon rubla çatacağı proqnozlaşdırılır.

Milli Rifah Fondunun üçdə ikisi faktiki olaraq tükənib. Xəzinəni doldurmaq üçün hökumət ƏDV-ni 20-dən 22 faizə qaldırır. Ruslar indi büdcənin təxminən 40 faizini sərf edən müharibəni birbaşa maliyyələşdirir.

Bu arada, ÜDM-in artım proqnozu 1 faizdən aşağı salınıb. Sberbank-ın baş direktoru Herman Qref ölkənin “texniki durğunluğa” girdiyini etiraf edib.

Müharibənin ilk iki ilində iqtisadiyyat hərbi istehsal hesabına artdı - regionlarda rekord məşğulluq və əmək haqqının artması...

Lakin bu “müharibə bumu” qısamüddətli oldu. İqtisadçılar qeyd edirlər ki, Moskva hərbi xərcləri hər il 30 faiz artıra bilməyəcək.

Beynəlxalq sanksiyalara görə Rusiya Türkiyə, BƏƏ və keçmiş Sovet İttifaqındakı vasitəçilər vasitəsilə tankerlərdən ibarət “kölgə donanması”ndan və paralel idxaldan istifadə edərək, Çin, Hindistan və Türkiyəyə ixracın istiqamətini dəyişmək məcburiyyətində qalıb.

Bu arada Ukrayna pilotsuz təyyarələrinin neft emalı zavodlarına zərbələr endirməsi ciddi yanacaq çatışmazlığına səbəb olub.

Avqust ayından bəri 38 neft emalı zavodundan 16-sı zədələnib, dizelin qiyməti qalxıb, yanacaqdoldurma məntəqələrində növbələr Moskvaya çatıb. Əsas sual qalır: iqtisadi çətinliklər Putini Ukraynadakı planlarını dəyişməyə məcbur edəcəkmi?

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri