Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası özünün ən mütərəqqi dövrünü yaşayır

Yeni Azərbaycan Partiyası özünün ən mütərəqqi dövrünü yaşayır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasını belə xarakterizə edirdi, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildi. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Qeyd edək ki, Ümummilli Liderin bu fikirləri Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu təsdiqləyir. Hər zaman Azərbaycanın bu günü və gələcəyi üçün çalışan YAP bunu cəmiyyətə təqdim etdiyi hədəflərində və onlara doğru atdığı inamlı addımlarında təsdiqləyir. Hər dövrün çağırışlarını həyata keçirmək üçün səylər göstərilir, mühüm addımlar atılır. Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi həm ölkəmizin, həm də partiyanın uğurlu gələcəyi üçün möhkəm təməl yaratdı. Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidinə çevrilən xalq gələcəyə böyük inamla addımladı. Xalqın Heydər Əliyev siyasətinə inamı və etimadı böyükdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YAP dünənin, bu günün və gələcəyin partiyası olaraq Azərbaycanın müstəqillik tarixinə bələdçilik edir, qələbədən-qələbəyə doğru inamla irəliləyir.

Yer gəlmişkən, qeyd edək ki, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Yeni Azərbaycan Partiyasının da qarşısında yeni vəzifələr qoydu. Şanlı Qələbəmizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev proqram xarakterli çıxışında keçilən yolun təhlili fonunda qarşıda dayanan hədəfləri açıqladı. Prezident İlham Əliyev bildirdi ki, biz ardıcıllıqla və məqsədyönlü şəkildə hədəflərə çatırıq. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti ölkəmiz yaradıb. Azərbaycan reallıqlar yaradan ölkədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.

Xüsusilə vurğulamaq yerinə düşər ki, YAP yeni zirvələrə doğru inamla addımlayır. 2021-ci il 5 mart tarixində keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu mühüm addım yüksək etimadın təcəssümüdür. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında, siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək YAP üzvlərindən yüksək fəallıq tələb edir. Dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Artıq yeni çağırışlar yeni Proqramın təsdiqlənməsini zərurətə çevirdi. Bütün müasir tendensiyalar və regionda yaranmış yeni reallıqlar 5 fəsildən ibarət olan yeni Proqramda öz əksini tapıb. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, həmçinin 11 strateji hədəf müəyyən olunub. Hər bir hədəf müasir, müstəqil, qalib Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş torpaqların dirçəlməsi və Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir.

Ən əsası, suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır.

Seminar Şahverdiyev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri