Icma.az
close
up
RU
Статья не опубликована
Rusiya israr etsədə, Ukraynada seçki məsələsi gündəmdə deyil AÇIQLAMA

Rusiya israr etsədə, Ukraynada seçki məsələsi gündəmdə deyil AÇIQLAMA

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

“Ötən ay Ukrayna və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətləri arasında keçirilən görüşdə Ukrayna atəşkəslə bağlı ABŞ-nin təklifini qəbul etdiyini bildirmişdi. Ukrayna prezidenti bəyan etmişdi ki, ölkəsi ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul edir. Eyni zamanda, Qara dənizdə naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi, enerji obyektlərinə zərbələrin dayandırılması və digər məsələlərlə bağlı müəyyən razılaşmalar əldə olunub. Lakin Rusiya hələ ki, ABŞ-nin təklifinə müsbət cavab vermir və görünən odur ki, danışıqlarda əlavə tələblər irəli sürür. Bu səbəbdən də Ukrayna ilə Rusiya arasında atəşkəsə dair yekun razılaşma əldə edilməyib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.

Qeyd edək ki, Ukraynada siyasi vəziyyət mürəkkəb olaraq qalır. Prezident Volodimir Zelenskinin vəzifə müddəti 2024-cü ilin may ayında başa çatsa da, müharibə və hərbi vəziyyət səbəbindən seçkilər təxirə salınıb. Ukrayna parlamenti Zelenskini qanuni prezident kimi tanımağa davam edir və bildirir ki, seçkilər yalnız atəşkəs əldə olunduqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək. ABŞ bir müddətdir Ukrayna və Rusiya arasında atəşkəsin əldə olunması istiqamətində səylər göstərsə də, hələlik 1 aylıq atəşkəs barədə razılıq əldə edilməyib. Sabiq müşavir Aleksey Arestoviç yanvarın 25-də atəşkəsin mümkün olduğunu qeyd etsə də, bu baş verməyib. Son günlər isə aprelin 20-dək atəşkəsin əldə olunacağı ilə bağlı iddialar səsləndirilir.

Siyasi şərhçi qeyd edib ki, müharibə davam edəcəyi təqdirdə Ukraynada seçkilərin keçiriləcəyini düşünmür.

“Çünki Ukrayna hakimiyyətinin, xüsusilə də Zelenskinin mövqeyi belə bir şəraitdə seçkilərin keçirilməsini mümkünsüz hesab edir. Baxmayaraq ki, həm ABŞ, həm də Rusiya bu məsələdə fərqli mövqelər sərgiləyir. Xüsusilə, Rusiya tələb edir ki, Ukrayna hakimiyyəti yeni seçkilər keçirsin. Eyni zamanda, Moskva Zelenskinin legitimliyini sual altına alır. Bu məsələ tərəflər arasında ciddi fikir ayrılığına səbəb olub. Ancaq mümkündür ki, atəşkəs razılaşması əldə olunduqdan sonra Ukraynada seçkilər keçirilsin. Müharibənin son durumu ilə bağlı qeyd etmək olar ki, hazırda hərbi əməliyyatlarda heç bir tərəf ciddi üstünlük qazana bilməyib. Baxmayaraq ki, Rusiya son aylarda taktiki üstünlük əldə edib, strateji üstünlük – yəni düşməni tamamilə sıradan çıxarmaq – müşahidə olunmur. Hazırda Rusiya cəbhədə müəyyən taktiki üstünlüyə malikdir və bəzi əraziləri ələ keçirib. Bununla yanaşı, Ukrayna da əsas müqavimət potensialını qoruyub saxlayır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see178

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see155

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see153

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see139

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see124

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see120

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see120

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri