Icma.az
close
up
RU
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda

Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

«Baltika» pivə istehlakı mədəniyyətini yalnız Rusiyada deyil, məhsullarını ixrac etdiyi
ölkələrdə də inkişaf etdirir. İyunun 24-də şirkət Bakıda pivənin düzgün təqdimatı və
müxtəlif yeməklərlə uyğunlaşdırılması mövzusuna həsr olunmuş xüsusi qastronomik tədbir təşkil edib.

Rusiyanın pivə istehsalı sahəsinin liderlərindən biri olan «Baltika» pivə istehlakı
mədəniyyətinin formalaşdırılmasına, o cümlədən pivənin müxtəlif yeməklərlə düzgün
uyğunlaşdırılması sənətinin inkişafına xüsusi önəm verir. Tədbir iştirakçıları «Baltika»
şirkətinin, o cümlədən alkoqolsuz məhsullarının xüsusiyyətləri ilə yaxından tanış olmaq,
həmçinin zərif qəlyanaltılar, ət yeməkləri və desertlərlə birlikdə pivənin yeni dad çalarlarını kəşf etmək imkanı əldə ediblər.

«Pivə zəngin tarixə və yüksək qastronomik potensiala malik içkidir. “Baltika”nın 35 illik
fəaliyyəti ərzində biz pivə istehsalı sahəsində böyük təcrübə toplamışıq və inanırıq ki,
pivənin məsuliyyətli və ölçülü istehlakı insanların dad təəssüratlarını zənginləşdirə və tanış məhsullara yeni çalarlar qata bilər. Bakıda yaşayan insanlara yeni qastronomik üfüqlər açmaq imkanı qazandığımız üçün çox məmnunuq», - deyə «Baltika» Pivə Şirkətinin İnkişaf və Effektivlik üzrə direktoru Vitali Şayxutdinov bildirib.

Tədbirin xüsusi atmosferini yaratmaq məqsədilə restoranın dəbdəbəli interyeri xüsusi dekor elementləri ilə tamamlanıb, gecənin ümumi ovqatını isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Nərmin Əliyevanın çıxışı daha da zənginləşdirib. Tədbirdə restoran sahibləri və satış kanallarının nümayəndələri, tanınmış bloggerlər və KİV nümayəndələri, Azerish LTD və «Baltika» Pivə Şirkətinin əməkdaşları, həmçinin Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

«Baltika» Azərbaycanda məhsul çeşidini genişləndirməyə hazırdır. Hazırda şirkət ölkəyə
«Baltika» pivə xəttini, həmçinin «Kuler», Blanche Bière və Old Bobby brendlərini ixrac
edir. 2024-cü ildən etibarən Rusiyada istehsal olunan «Baltika» Pivə Şirkətinin məhsulları
rəsmi olaraq Azərbaycana tədarük edilir. Azerish LTD isə brendin ölkədə rəsmi idxalçısı və distribütoru olaraq onun bazardakı mövqeyinin gücləndirilməsi və pivə istehlakı
mədəniyyətinin inkişafı istiqamətində fəal fəaliyyət göstərir.

«Baltika» Pivə Şirkəti Rusiyanın aparıcı istehlak malları istehsalçılarından biridir. Şirkətin məhsul portfelinə 50-dən çox brend («Baltika», «Nevskoe», «Arsenalnoye», «Yarpivo», «Don» və s.), həmçinin «Xrustalnaya» içməli suyu daxildir. Şirkət 8 pivə zavodu və 2 səməni istehsalı müəssisəsini idarə edir, pivəlik arpa yetişdirilməsi üzrə öz aqrar proqramını və mayaotu becərilməsi layihəsini həyata keçirir. Dünya səviyyəli keyfiyyəti sayəsində şirkətin brendləri peşəkar və istehlakçı müsabiqələrində 700-dən çox Rusiya və beynəlxalq mükafata layiq görülüb.

Azerish LTD 2024-cü ildən etibarən Azərbaycanda «Baltika» Pivə Şirkətinin məhsullarının rəsmi idxalçısı və distribütorudur. Şirkət ölkə bazarında brendlərin inkişafı istiqamətində fəaliyyət göstərir, aparıcı pərakəndə satış şəbəkələri və HoReCa sektoru ilə əməkdaşlıq edir, həmçinin pivə istehlakı mədəniyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirir.
[email protected], www.baltika.ru

[email protected], www.azerishltd.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri