“Xırdalan”, “Tuborg”, “Kuler” və “Baltika 9” pivələrinin istehsalçısı cərimələndi QƏRAR Yeni Gündəm
Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron Rayon Məhkəməsində “Calsberg Azerbaijan” MMC-yə yazılan inzibati protokola baxılıb.
“Yeni Gundem”-in xəbərinə görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.
Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Baş direktoru Alius Antulis olan “Carlsberg Azerbaijan” şirkəti “Xırdalan”, “Tuborg”, “Xırdalan Draft”, “Xırdalan Export”, “Kuler”, “Əfsanə”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Jiqulyovskoye firmennoye”, “Kvas Taras” pivələrini istehsal edir.Pravda
Baxış sayı:74
Bu xəbər 21 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















