“Rusiya Konstantinopolu ələ keçiriməyə çalışır...“ “DeepState“
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Fevralın 15-də Rusiya işğalçı qüvvələri cəbhədə xeyli fəallaşıb. O cümlədən, düşmən Donetsk vilayətinin Konstantinopol və Ulaklı istiqamətində hücum əməliyyatları həyata keçirib.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "DeepState" layihəsi məlumat yayıb.
Qeyd olunur ki, işğalçılar səhər tezdən bu yaşayış məntəqələrinə hücuma başlayıblar. Konstantinopola hücumda iştirak edən maşınların dəqiq sayını hesablamaq çətindir – 20-dən 37-yə qədərdir. Düşmən maşınlarının böyük əksəriyyəti orada məhv edilib.
"Düşmən piyadaları Konstantinopolun cənub kənarında, eləcə də 127.2-ci məntəqənin yaxınlığındakı meşə zolağında toplanıb. Bir zirehli döyüş maşını kəndi keçərək Boqatır yoluna çıxıb, piyadaları yerə düşürüb və geri çəkilmə zamanı vurulub. Konstantinopol qismən təmizlənib, stabilləşmə əməliyyatları davam etdirilir. Çox güman ki, düşmənin orada möhkəmlənməsinə izn verilməyəcək”, - məlumatda deyilir.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















