Rusiya kriptovalyuta istifadəsinə görə dünyanın ilk 10 ölkəsi arasında yer aldı
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Mehin Qasımova, Banco.az
Çərşənbə axşamı dərc olunan Chainalysis analitik şirkətinin hesabatına əsasən, Rusiya 2025-ci ildə Qlobal Kriptovalyuta Qəbul İndeksi üzrə dünya reytinqində 10-cu yeri tutub.
Banco.az xəbər verir ki,reytinqin ilk onluğuna Rusiyadan başqa Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Nigeriya, Pakistan, ABŞ, Ukrayna və Filippin daxildir. İlk 20-likdə yer alan digər ölkələr isə Argentina, Venesuela və Yaponiyadır.
Analitiklərin məlumatına görə, Asiya-Sakit Okean regionu son bir ildə onlayn kriptovalyuta fəaliyyəti üzrə ən sürətlə inkişaf edən bazara çevrilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 69% artaraq, regionda kriptovalyuta əməliyyatlarının ümumi həcmini 1,4 trilyon dollardan 2,36 trilyon dollara yüksəldib. Latın Amerikasında da kriptovalyutadan istifadə ilə aparılan ödənişlərin həcmi artıb.
Qeyd edək ki, Qlobal Kriptovalyuta Qəbul İndeksi ölkələrdə müxtəlif kripto xidmətlərinin istifadəsi və əməliyyat həcmləri əsasında hesablanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















