Icma.az
close
up
RU
Rusiya KTMT nin taleyindən narahatdır

Rusiya KTMT nin taleyindən narahatdır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ermənistan təşkilatın tədbirini növbəti dəfə baykot edib

Ermənistanın 2022-ci ilin payızından etibarən  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini faktiki olaraq dayandırdığı məlumdur. Rəsmi İrəvan bu məqsəd üçün praktiki addımlar da atıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  baş katibinin müavini kvotasından imtina edilib. Həmçinin təşkilatın bu ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimlər  təxirə salınıb. Bundan əlavə, baş nazir N.Paşinyan nümayişkəranə şəkildə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  sammitlərinə qatılmır. Eyni zamanda, Ermənistan KTMT-yə üzvlük haqqı ödəməyi də dayandırıb.

Mirzoyan XİN Şurasının iclasına qatılmayıb

Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Rəsmi İrəvanın “incikliyi” 2022-ci ilin sentyabrında şərti sərhəddə baş verən hərbi toqquşma zamanı KTMT-nin onu müdafiə etməməsi ilə bağlıdır. Əslində,  Paşinyan hakimiyyəti bütün bunlardan ölkəsini Rusiyadan uzaqlaşdırmaq üçün bir bəhanə kimi istifadə edir. İyunun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının da baykot edilməsi bunun göstəricisidir. İclas iştirakçıları beynəlxalq və regional vəziyyəti, bunun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edib, informasiya təhlükəsizliyi və xüsusilə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar terrorizm və ekstremizmə doğru aparan radikallaşmaya qarşı mübarizə məsələlərinə dair bəyanatlar qəbul ediblər. Həmçinin Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə regional mərkəzinin yaradılması məsələsi nəzərdən keçirilib.

Lavrov niyə İrəvanı hədəfə alıb?

Maraqlıdır ki, KTMT-nin əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə zalda Ermənistan bayrağı da asılıb. Yəqin ki, rəsmi Moskva bu addımla heç bir halda İrəvanı qurumdan kənar görmək istəmədiyini büruzə verməyə çalışıb. Ancaq Ermənistanın bu dəfə də təşkilatın işini baykot etməsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovu “qəzəbləndirib. Ona görə də, Lavrov çıxışının böyük hissəsini Ermənistana “həsr edib”. İş burasındadır ki, Rusiya XİN başçısı özünün tənqidi çıxışında Ermənistan-KTMT münasibətlərindən daha çox Paşinyan-kilsə qarşıdurmasına yer verib. Lavrov İrəvan hakimiyyətini ultimativ formada hədələyərək erməni apostol kilsəsi ətrafında münaqişənin həll edilməli olduğunu vurğulayıb: “Ermənistan apostol kilsəsi ətrafında münaqişə İrəvanın daxili işi olsa da, Rusiya Federasiyası qarşıdurmanın ölkə konstitusiyası əsasında və dindarların hüquqlarına tam hörmət əsasında mümkün qədər tez həll olunmasında maraqlıdır”. O bildirib ki, Rusiya kilsənin əsassız hücumlara məruz qalmamasında maraqlıdır: “Mövzunu müzakirə etdik, Ermənistan daxilində baş verənlərlə bağlı ciddi narahatlığımızı bildirdik. Kanonik, minillik erməni apostol kilsəsinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Biz bu kilsənin əsassız, mahiyyətcə hər hansı ciddi əsas olmadan hücumlara məruz qalmasını istəməzdik. Və biz bu münaqişənin, bu vəziyyətin Ermənistanın konstitusiyası əsasında, dindarların hüquqlarına, əslində, istənilən digər insan hüquqlarına tam hörmət əsasında mümkün qədər tez tənzimlənməsində maraqlıyıq”.

İrəvandan Lavrova çağırış: Daxili işlərimizə qarışmayın!

Məlumdur ki, məhz erməni kilsəsi Rusiyanın Ermənistanda əsas dayaqlarından biri olub və başladılan hərəkatda da Moskvanın izi aydın görünür. Lakin Paşinyanın kilsəyə qarşı sərt addımları Kremlin müəyyən planlarını pozub. Bu səbəbdən də Lavrov KTMT iclasının böyük bir hissəsini erməni keşişlərin müdafiəsinə həsr edib. Rəsmi İrəvan da Lavrovun ittihamlarını cavabsız qoymayıb və Rusiyanı ölkənin daxili işlərinə qarışmamağa çağırıb. Xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarının fikirlərini “yanlış və natamam” adlandıraraq, Ermənistanda hakimiyyətlə kilsə arasında heç bir mübarizənin olmadığını bildirib. “Cənab Lavrov çox güman ki, bir sıra din xadimlərinin Ermənistanın siyasi həyatına müdaxiləsi və ya sonradan dövlət çevrilişinə cəhddən bəhs edir. Bu, Ermənistanın daxili işidir”,- deyən Mirzoyan əlavə edib ki, Rusiya Federasiyasının rəsmi şəxsləri heç bir halda Ermənistanın daxili işlərinə qarışmağı özünə rəva görməməlidir.

Masyuk: Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik

Lavrovun ardınca, Rusiya XİN-in MDB ölkələri üzrə IV departamentinin rəis müavini Dmitri Masyuk daha sərt fikirlər səsləndirib. O, Ermənistanı tez-tez öz milli maraqlarına ziyan vurmaqda, Qərbə istiqamətlənməkdə günahlandırıb. Diplomatın sözlərinə görə, bu, xüsusilə, KTMT ilə əməkdaşlıqdan uzaqlaşmağa aiddir: “Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, Cənubi Qafqaz respublikasında bu dəyişikliklərə güclü müqavimət göstərilmir və ermənilər tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənməyə davam edirlər. Konkret nümunə - İrəvanın KTMT ilə əməkdaşlıqdan uzaqlaşmasıdır”.

Beləliklə, Rusiya Cənubi Qafqazda özünün forpostu olan Ermənistanı itirməkdən ciddi narahatdır. Digər tərəfdən, “rus NATO”su olan KTMT-nin gələcəyinin sual altına düşməsi narahatlığı da Moskvanı İrəvana qarşı sərt açıqlamalar verməyə sövq edir. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması yaxın gələcəkdə presedent yarada bilər ki, bu da təşkilat üçün yaxşı heç nə vəd etmir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri