KTMT Hindistan Pakistan münasibətlərinin kəskin pisləşməsindən narahatdır
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Yeni Dehli ilə İslamabad arasında münasibətlərin son vaxtlar kəskin şəkildə pisləşməsindən və münaqişənin daha da genişlənməsi riskindən narahat olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov çıxış edib.
"Hindistan və Pakistan arasında münasibətlərin kəskin şəkildə pisləşməsi, ciddi silahlı toqquşmalara səbəb olması böyük narahatlıq doğurur. Son vaxtlar münaqişənin intensivliyi azalsa da, münaqişənin qaynar fazaya keçməsi potensialı yüksək olaraq qalır", - Tasmaqambetov deyib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vurğulayıb ki, münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət silahlı münaqişəni azaltmaq və mövcud vəziyyətdən çıxmaq üçün sülh yolu ilə həll yollarını tapmaq üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















