Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

“Rusiya Macarıstan seçkilərinə təsir etməyə çalışır“ “Deutsche Welle“

“Rusiya Macarıstan seçkilərinə təsir etməyə çalışır“ “Deutsche Welle“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qərb mediası və müxalifət Kremlin Viktor Orbana dolayı dəstək verdiyini iddia edir, Budapeşt isə bu ittihamları rədd edir..."

Macarıstanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiyanın prosesə mümkün müdaxiləsi ilə bağlı iddialar getdikcə artır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Seçkilər ərəfəsində artan şübhələr

Nəşr yazır ki, Budapeştin məşhur Andrassy Avenue prospektində yerləşən bir evdəki xatirə lövhəsi 1956-cı ildə Sovet qoşunlarının Macarıstandakı üsyanı qanla yatırmasını xatırladır. Elə həmin ərazidə yerləşən Rusiyanın Macarıstandakı səfirliyi isə bəzi mənbələrə görə seçkilər ərəfəsində Moskvanın qeyri-rəsmi fəaliyyət mərkəzlərindən birinə çevrilib.

Media və müxalifət iddia edir ki, Viktor Orban hökumətinin seçkilərdə qalib gəlməsi üçün Vladimir Putin rəhbərliyindəki Kreml dolayısı ilə dəstək göstərir. Moskva və Budapeşt isə bu ittihamları qətiyyətlə rədd edir. Buna baxmayaraq, qarşıdan gələn seçkilər ölkənin gələcək kursu - Avropa ilə yaxınlaşma, yoxsa Moskva ilə daha sıx əlaqələr barədə bir növ referendum kimi qiymətləndirilir.

Kəşfiyyat iddiaları və informasiya kampaniyası

Macarıstanın "VSquare" portalı Avropa kəşfiyyat mənbələrinə istinadla yazıb ki, Rusiyanın hərbi kəşfiyyat qurumu olan Baş Kəşfiyyat İdarəsinin əməkdaşları diplomat qiyafəsində Budapeştə göndərilib. İddiaya görə, onların məqsədi seçkilərə təsir göstərmək və Orbana üstünlük qazandırmaqdır.

Məlumatlara əsasən, bu fəaliyyətə Rusiya prezident administrasiyasının nümayəndəsi Sergey Kiriyenko nəzarət edir. Araşdırmaçı jurnalist Sabolç Panyi bildirir ki, planın əsas hissəsi sosial şəbəkələrdə kampaniyadır. Məqsəd Orbana qarşı əsas rəqib sayılan müxalif siyasətçi Peter Madyar və onun rəhbərlik etdiyi TISZA - Hörmət və Azadlıq Partiyası əleyhinə informasiya dalğası yaratmaqdır.

Britaniyanın "Financial Times" qəzeti də yazır ki, Kremlə yaxın Sosial Layihələşdirmə Agentliyi seçkilər üçün xüsusi kommunikasiya planı hazırlayıb. Sənədə görə, kampaniyanın məqsədi Orbana "güclü beynəlxalq əlaqələri olan lider", onun rəqibini isə "Brüsselin marioneti" kimi təqdim etməkdir. Eyni zamanda, Rusiyanın açıq dəstəyinin əks effekt verə biləcəyi də nəzərə alınır.

Qarşılıqlı ittihamlar və siyasi mübarizə

Macarıstan hakimiyyəti bütün bu iddiaları rədd edir. Hakim Fides - Macarıstan Vətəndaş İttifaqı partiyasının nümayəndəsi Mate Koçiş bildirib ki, belə xəbərlər əsassızdır və diqqəti başqa məsələlərdən yayındırmaq məqsədi daşıyır. O, hətta Ukraynanın seçkilərə mümkün müdaxiləsi ilə bağlı iddialar səsləndirib.

Macarıstan xarici işlər naziri Peter Siyyarto isə ölkədə saxlanılan və böyük məbləğdə pul daşıdığı bildirilən Ukrayna bankına məxsus inkassasiya maşınları ilə bağlı araşdırmaya diqqət çəkərək bu hadisənin seçkilərlə əlaqəli ola biləcəyini deyib. Ukraina isə ittihamları rədd edib.

Müxalifət lideri Peter Madyar isə əksinə, Kremlin seçkilərə müdaxilə etdiyini iddia edir və ona qarşı "rus tipli kompromat" kampaniyası aparıldığını bildirir. Analitiklər qeyd edir ki, Macarıstan hökumətinin Rusiya ilə uzun illərdir davam edən yaxın münasibətləri bu mübahisələri daha da gücləndirir. Orban 2010-cu ildən hakimiyyətdədir və enerji sahəsində Moskva ilə əməkdaşlığın davam etdirilməsini müdafiə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Mart 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri