Icma.az
close
up
RU
“Rusiya dronları NATO sərhəddində: gərginlik artır“ “Deutsche Welle

“Rusiya dronları NATO sərhəddində: gərginlik artır“ “Deutsche Welle

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Zelenski güclü cavab tələb edir, Kal­las isə Avropanı 1938-ci ilin səhvlərini təkrarlamamağa çağırır..."

Sentyabrın 13-də Polşa yenidən Rusiya dronlarının təhdidi ilə üzləşib. Varşava ehtiyat tədbiri olaraq qırıcıları havaya qaldırıb, hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Polşa və Rumıniya üzərində dron təhlükəsi

Məlumatda deyilir ki, Lyublin hava limanı müvəqqəti bağlanıb. Polşa baş naziri Donald Tusk bildirib ki, əməliyyatlar preventiv xarakter daşıyır, lakin vəziyyət ciddi nəzarət altındadır. Rumıniyada isə Tulça bölgəsində sakinlərə fövqəladə xəbərdarlıq göndərilib. Rusiya dronunun ölkənin hava məkanına daxil olduğu, 50 dəqiqə orada qaldığı, daha sonra Ukraynanın Kiliya şəhəri istiqamətində radarlardan itdiyi bildirilir. Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri vəziyyəti izləmək üçün havaya qalxıb. Prezident Vladimir Zelenski isə bunun təsadüf olmadığını vurğulayaraq, Rusiyanın müharibəni mərhələli şəkildə genişləndirdiyini bəyan edib.

Zelenskidən NATO-ya çağırış

Ukrayna lideri NATO-dan sərt cavab tələb edib. O, qeyd edib ki, söhbət Alyansın birbaşa müharibəyə qoşulmasından getmir, lakin Ukraynaya daha dəqiq silahların verilməsi vacibdir: "Dronları vuran deyil, onların istehsal olunduğu zavodları hədəfə ala biləcək silahlar lazımdır". Zelenski həmçinin vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar genişlənməli, raket istehsalında istifadə olunan bütün xarici komponentlərin tədarükü dayandırılmalıdır.

"1938-ci ilin səhvini təkrarlamayaq"

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas xəbərdarlıq edib ki, vəziyyət 1938-ci ili - Çexoslovakiyanın nasist Almaniyası qarşısında köməksiz qalmasını xatırladır. Onun sözlərinə görə, əgər Ukrayna süqut etsə, növbəti hədəf bütün Avropanın təhlükəsizliyi olacaq: "Rusiyanın təklif etdiyi "kompromislər" əslində tələdir. Əvvəlcə Moskva əsassız iddialar irəli sürür, sonra hədələr gəlir və nəhayət, Qərbdə bəzi dairələr bu iddiaları qəbul etməyə hazır olur. Nəticədə Kreml heç vaxt sahib olmadığı torpaqları tələb edir".

Kallas Avropanın yeni, 19-cu sanksiyalar paketini hazırladığını, Putinə təzyiqin artırılmasının vacibliyini də vurğulayıb. Rusiya dronlarının Polşa və Rumıniya üzərində yaratdığı təhlükə NATO ilə Moskva arasında yeni gərginlik mərhələsi açır. Zelenskinin çağırışı Qərbin Ukraynaya silah dəstəyini artırmasını tələb edir, Kallas isə Avropanı tarixin acı dərsini unutmamağa səsləyir. Müharibənin hüdudları artıq Ukrayna ilə məhdudlaşmır - bu, bütövlükdə Avropanın təhlükəsizliyi məsələsinə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri