Icma.az
close
up
RU
Türk düşməni yenə Azərbaycanı hədəf aldı

Türk düşməni yenə Azərbaycanı hədəf aldı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrandan növbəti dəfə Azərbaycan əleyhinə ittihamlar səslənməyə başlayıb.

Bu dəfə ölkənin ali dini lideri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı tənqid edib. O, Pakistanın daxili işlər naziri Səid Möhsin Nəqvi ilə görüşündə sərsəm fikirlər səsləndirib:

“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır”.

Üstəlik, Vilayəti rəsmi Bakını Suriya lideri Əhməd Əl Şaara ilə İsrail arasında vasitəçilik etməkdə, habelə İsrailə neft ixrac etməkdə ittiham edib. Görünən odur ki, İran anti-Azərbaycan siyasətini davam etməkdə israr edir. Bu səbəbdən də molla rejiminin nümayəndələri vaxtaşırı ölkəmiz əleyhinə cəfəng ittihamlar səsləndirirlər... 

“Cümhuriyət”-ə açıqlamasında politoloq Natiq Miri bildirib ki, Əli Əkbər Vilayəti hər zaman türk düşməni kimi siyasət yürüdüb:

“Onun bütün türk dünyasına münasibəti eynidir. Ona görə də Vilayətinin açıqlamalarında təəccüblü heç nə yoxdur. Onun Azərbaycana qarşı ittihamları əsassızdır. Azərbaycanı ittiham etmək düşmənçilikdən əlavə, həm də dərin düşünə bilməməkdir. Bu sözlər həm Vilayətinin, həm də molla rejiminin iç üzünü açıb göstərir”. 

Ekspert qeyd edib ki, əslində İslam ölkələri içində birləşməyə əngəl olan və dağıdıcılıq fəaliyyəti yürüdən məhz İrandır:

“Bunu kimsə təkzib etmir. Üstəlik, İran nə zamandan bəri İslam birliyi ideyasına xidmət edib ki, indi də digərlərini ittiham edir? Məsud Pezeşkian Prezident seçilənə qədər İran ətrafında olan bütün müsəlman ölkələri ilə düşmənçilik səviyyəsində, hətta müharibə şəraitində yaşayırdı. Bunu hər zaman müşahidə etmişik”. 

Politoloq diqqətə çatdırıb ki, bu gün İran hakimiyyətində müsəlman dünyasına münasibət nisbətən dəyişsə də, hələ də Xameneyi və onun ətrafının İslam ölkələrinə qarşı ritorikası dəyişməyib:

“Onu da nəzərə almaq lazımdır ki, 12 günlük İsrail-İran müharibəsində heç bir müsəlman ölkəsi Tehranı müdafiə etmədi. Hətta onun əsas müttəfiqləri olan Rusiya və Çin belə İranı dəstəkləmədi. Belə olan halda Vilayəti hansı birlikdən danışır? Hesab edirəm ki, Suriya ilə İsrail arasında Bakıda danışıqlar aparıldığı iddiasının doğru olması belə Azərbaycanı zirvələrə qaldırar. Üstəlik, bu, islam təfəkkürünə zərrə qədər də zərər vurmur. Çünki belə bir görüşdə Suriyanın təhlükəsizliyi müzakirə olunur. Bu, bölgəyə sülhün gəlməsi üçün ortaya çıxan təşəbbüsdür. Ona görə də bunu sadəcə təqdir etmək lazımdır”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri