Icma.az
close
up
RU
Rusiya məhsullarımıza qadağa qoysa nə baş verər? DEPUTATDAN AÇIQLAMA

Rusiya məhsullarımıza qadağa qoysa nə baş verər? DEPUTATDAN AÇIQLAMA

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Rusiya və Azərbaycan arasında siyasi və iqtisadi gərginlik yeni mərhələyə qədəm qoyub. Rusiya mətbuatında yayılan bəzi xəbərlər iki ölkə arasındakı münasibətlərdə sarsıntının dərinləşdiyini göstərir. Xüsusilə Rusiyanın Azərbaycan məhsullarına qarşı mümkün idxal qadağası ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir

Bəs görəsən, baş verənlər iki ölkə arasındakı ticarət dövriyyəsinə necə təsir edəcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov BAKU.WS-ə açıqlama verib və Rusiyanın son davranışlarını kəskin şəkildə tənqid edib.

Onun sözlərinə görə, Rusiya tərəfinin son addımları ölkəmizə qarşı təzyiq siyasətinin tərkib hissəsidir.

"Bundan əvvəl Rusiya Qroznı üzərində Azərbaycan təyyarəsini vurmuşdu. Ölkəmiz haqlı olaraq Rusiyadan üzr istəməsini, kompensasiya ödənilməsini və cinayətkarların cəzalandırılmasını tələb edirdi. Azərbaycan Beynəlxalq Hüquq çərçivəsində bu tələbi irəli sürmüşdü. Lakin Rusiya indiyə qədər susur. " – deyə deputat qeyd edib.

Bundan əlavə, Aydın Hüseynov bir neçə gün əvvəl Rusiyada azərbaycanlıların yaşadığı evə edilən basqın, iki həmyerlimizin qətlə yetirilməsi və azərbaycanlılara qarşı həyata keçirilən işgəncələrə də toxunub.

"Yenə ölkəmiz bu məsələlərin araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir. Lakin Rusiya bunu etmək əvəzinə öz aqresivliyini daha da genişləndirir. Eyni zamanda Rusiya mətbuatında Azərbaycana, məhsullarımıza qarşı sanksiyaların tətbiq olunacağı ilə bağlı fikirlər səsləndirilir. Rusiya qəbul etməlidir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir". 

Deputat Rusiya mediasında yayılan iqtisadi sanksiya təhdidlərini də şərh edərək bildirib ki, bu cür addımlar Azərbaycan üçün ciddi iqtisadi problem yaratmayacaq:

"Azərbaycan öz iqtisadiyyatını şaxələndirmiş formada həyata keçirməyi bacarır. Rusiyaya idxal  edəcəyimiz məhsulları başqa ölkələrə rahatlıqla çıxarmaq imkanımız var. Yəni Rusiya bizim hər hansı məhsulumuzun bazarlarına daxil olmasına qadağa qoysa Azərbaycan tərəfinjn itirəcəyi heç nə yoxdur. Rusiya ilə 5 milyard manata yaxın ticarət dövriyyəmiz  mövcuddur. Bunların da əksəriyyəti Rusiyadan idxal etdiyimiz məhsullardır. Halbuki bu məhsulları digər ölkələrdən çox asanlıqla və sərfəli qiymətlərlə əldə etmək imkanımız var. Fikrimcə Rusiyanın Azərbaycana iqtisadi baxımdan hər hansı təsir imkanları məhduddur".

Aydın Hüseynov onu da vurğulayıb ki, əslinsə Azərbaycan Rusiyaya daha çox dəstək verib:

"İqtisadi sferada Azərbaycanın Rusiyaya dəstəyi ondan ibarətdir ki, cənub istiqamətində Rusiyanın yüklərinin daşınmasında ölkəmiz önəmli rol oynayır. Rusiya-Ukrayna müharibəsindən sonra məlumdur ki, Rusiya şirkətləri və Rusiya məhsullarına Avropa bazarlarında sanksiyalar tətbiq olunur. Rusiyanın Avropaya çıxışı tam məhdudlaşıb. Rusiya xüsusilə Şimal və Cənub istiqamətlərində Azərbaycanın logistik imkanlarından çox geniş yararlanır. Hesab edirəm ki, Azərbaycanın atacağı addımlar heç də Rusiyanın atacağı addımlardan az deyil".

Millət vəkilinin fikrincə Rusiya bazarlarına Azərbaycanın çıxışına imkan verilməməsini Azərbaycan iqtisadiyyatı üçün hər hansı itki hesab etmək düzgün deyil:

"Əgər Rusiya belə fikirləşirsə  bu fikirlərində yanılırlar. Azərbaycan artıq dünyanın əksər ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir. Bu Azərbaycanı orta dəhliz üzərində əsas seqmentlərdən birinə çevirir. Ölkəmizin həm Qərbə, həm də Şərqə çıxış imkanları mövcuddur. Maliyyə və siyasi baxımdan nüfuzlu ölkələrlə ticarət əlaqələrimiz daha da genişlənir. Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi daha yüksək templə inkişafı düzgün siyasətin nəticəsidir. Ölkəmiz ticarət əlaqəsi qurduğu ölkələrlə etibarlı şəkildə əməkdaşlıq edir.  Bu əməkdaşlığın ölkəmiz tərəfindən yüksək qorunmasının nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın etibarlı tərəfdaş olması dövlətimizin siyasi nüfuzu ilə yanaşı iqtisadi əlaqələrinin daha da genişlənməsini səciyyələndirir".

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri