Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Rusiya sülh istəmir Deputatdan ŞOK AÇIQLAMA

Rusiya sülh istəmir Deputatdan ŞOK AÇIQLAMA

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiyada azərbaycanlıların qətlə yetirilməsi əhali arasında böyük hiddətə səbəb olub. Azərbacan Xarici İşlər Nazirliyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib. Sizin münasibətinizi bilmək istərdik, Rusiya niyə belə davranır?

- Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər. Zatulin kimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarıc göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya, onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram.

- 44 günlük savaşdan sonra Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edirdi, nə baş verdi ki, Rusiyanın mövqeyi bu formada dəyişdi?

- Görünür Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir.

- Azərbaycan hakimiyyətinə hansısa qərarları qəbul etdirmək üçün işgəncələr verməklə azərbaycanlıların qətlə yetirilməsi terror aktı deyilmi?

- Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da.

- Daha çox ağlabatan hansı fərziyyələr ola bilər?

- Azərbaycanı Rusiyanın liderliyi ilə yaradılmış qurumlara üzv olmağa məcbur etmək, yaxud Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyən Türkiyəyə bu istiqamətdə mane olmamağımız. Təzyiqlər həm də Azərbaycanın xarici siyasəti ilə əlaqədar ola bilər. Məsələn, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimiz və həmin ölkəyə humanitar yardım etdiyimiz üçün bizi “cəzalandırmaq” məqsədilə də bu edilə bilər və s.

- İranın İsrail dronlarının Azərbaycan üzərindən İrana zərbələr endirməsinə dair “məlumatların” Azərbaycan tərəfindən araşdırılmasının zəruriliyi barədə açıqlamasını necə qarşıladınız?

- Bu absurd bir açıqlamadır. Azərbaycan dəfələrlə bəyan edib ki, bizm hər hansı dövlətlə əməkdaşlığımız üçüncü dövlətə qarşı yönəlməyib və Azərbaycan heç vaxt imkan verməz ki, azərbaycanlıların da vətəni olan İrana bizim ərazimizdən kimsə istifadə edərək zərbə endirsin. Biz, İsrailin hücumlarını pislədik, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladıq. İsrail bizim dostumuz olsa da, biz, dostlarımızı onlar haqlı olanda müdafiə edirik. İran yaxşı olar ki, bir daha İsraili məhv edəcəyini söyləməsin, İsrail və ABŞ ilə barış üçün səy göstərsin, təcili ölkə daxilində islahatlara başlasın. Həmişə deyirəm ki, Pezeşkian İranın dinc inkişafı üçün bəlkə də son şansdır.

İran özü araşdırmalıdır ki, niyə onun vətəndaşları bu qədər geniş formada İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? İranın hərbi obyektlərinə zərbələr endirən dronların çoxu İran ərazisində yığılıb və İran ərazisindən də zərbələr endirilib. Axı, İran islam dövlətidir və dinimizə görə vətəni qorumaq imandandır. Bunun sadə cavabı bu atalar misalındadır - “acın imanı, toxun amanı olmaz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri