Icma.az
close
up
RU
Rusiya mətbuatı Ağ Evdəki görüşü işıqlandırıb FOTOLAR

Rusiya mətbuatı Ağ Evdəki görüşü işıqlandırıb FOTOLAR

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfərini, onların Prezident Donald Trampla görüşünü və Ağ evdə sülhə dair Birgə Bəyannamənin imzalamasını geniş işıqlandırır.

Ölkə.Az AZƏRTAC-a istinadən xəbər verir ki, TASS agentliyinin materialına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr qurmağa, bir-birinin suverenliyinə hörmət etməyə söz verib. Görüşdə sülh sazişinin mətni paraflanıb və Ermənistan ərazisindən Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması, o cümlədən Minsk qrupunun ləğvi təklifi ilə ATƏT-ə müraciət daxil olmaqla yol xəritəsi təsdiq edilib. Donald Tramp Azərbaycanla hərbi əməkdaşlığa qoyulan məhdudiyyətlərin götürüldüyünü və hər iki ölkə ilə ikitərəfli iqtisadi sazişlərin imzalandığını açıqlayıb. Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə hazır olduqlarını bildiriblər.

“İnterfaks” Azərbaycan Prezidentinin fikirlərinə istinadla bildirir ki, sülh müqaviləsinin rəsmi imzalanması gecikdirilməməlidir, O, avqustun 8-ni Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərdə tarixi gün adlandırır. Prezident İlham Əliyev ABŞ ilə strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb və əməkdaşlıq xartiyasının müzakirəsi üçün Azərbaycan nümayəndə heyətinin formalaşdığını bildirib.

“Kommersant” yazır ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi 99 il müddətinə ABŞ-a verilib və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılıb. Donald Trampın sözlərinə görə, bu, Ermənistanın suverenliyini qorumaqla Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək tranzit zonasıdır.

“Lenta.ru” ABŞ Prezidentinə istinadla xəbər verir ki, Ermənistan bu dəhlizin inkişafı üçün Vaşinqton ilə 99 il müddətinə və uzadılma imkanı ilə eksklüziv tərəfdaşlıq yaradır.

“Vestnik Kavkaza” yazır ki, Azərbaycan və Ermənistan liderləri münasibətləri sülh yolu ilə nizamlamaq niyyətlərini sənədləşdiriblər. Birgə Bəyannamədə hərbi toqquşmalardan imtina, nəqliyyat kommunikasiyalarının açılması, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri yer alıb.

“Veçernyaya Moskva” imzalanan sənədlərin sülhün əldə olunması üzrə mühüm olduğunu qeyd edib və diqqətə çatdırıb ki, Tramp bu hadisəni “tarixi” adlandırıb.

“Vesti.ru” xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət ediblər. Birgə Bəyannamədə Minsk prosesinin və əlaqədar strukturların fəaliyyətinə son qoyulmasının vacibliyi vurğulanıb və təşkilata üzv dövlətlər bu qərarı dəstəkləməyə çağırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri