Icma.az
close
up
RU
Rusiya miqrant ailələrinə məhdudiyyətlər qoyacaq? (ŞƏRH)

Rusiya miqrant ailələrinə məhdudiyyətlər qoyacaq? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qanun layihəsi ona hesablanıb ki, ailə üzvləri olan şəxslər də əmək fəaliyyətilə məşğul olsunlar".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov şimal ölkəsində əmək miqrantların ailə üzvlərinin Rusiyaya gəlməsinə qadağa qoyan qanun layihəsinin gündəmə gətirilməsini şərh edərkən deyib. 

"Bu qanun layihəsi artıq bir neçə aydır müzakirə olunur və müxtəlif ekspertlər tərəfindən, siyasi mərkəzlərdə kifayət qədər təqdir olunacaq tərzdə nəzərdən keçirilirdi. İstənilən halda Rusiyada miqrant, xüsusən də miqrant ailələrilə bağlı belə bir mövqe formalaşırsa, təbii ki, sonrakı mərhələdə proses layihənin qanuniləşdirilməsinə gətirib çıxara bilər. Bu da nəticə etibarı ilə Rusiya ərazisində uzun müddət yaşayıb əmək fəaliyyətilə məşğul olan miqrantların ailə üzvlərini də özlərilə götürməsini çətinləşdirəcək. Əməkçi miqrantlar üçün əlavə problemlər yaşanacaq", deyə deputat bildirib.

Həmsöhbətimizin fikrincə, burada məqsəd həm də Rusiya iqtisadiyyatına əlavə vergi ödənişlərinin cəlb edilməsinə nail olmaqdır:

"Hazırda Rusiyada 400 mindən bir qədər artıq Azərbaycan vətəndaşı yaşayır. Onların da təqribən 100 mindən bir qədər artığı bilavasitə əmək fəaliyyətilə məşğul olur. Bu da nəticə etibarı ilə göstərir ki, sözügedən qanun layihəsi Dövlət Dumasında qəbul edilərsə, birmənalı şəkildə miqrantların ailə üzvlərinə də toxunacaq bir qanun layihəsi olacaq. Qanun layihəsi həm  də ona hesablanıb ki, ailə üzvləri olan şəxslər də belə əmək fəaliyyətilə məşğul olsunlar. Bundan  sonra isə onlar Rusiya ərazisində uzun müddət yaşamaq hüququ qazanmış olurlar. Bu da  iqtisadiyyata əlavə vergi ödənişləri və digər daxilolmaları təmin etmiş olacaq. Burada əsas hədəf məhz budur. Kimsə ailə üzvü olaraq əmək fəaliyyətilə məşğul olmaq istəməyəcəksə,  onların Rusiyada qalması çətinləşəcək".


Azər Allahverənov düşünür ki, bu qanunun qəbulu Rusiyaya getmək istəyənlərin sayında azalmalara gətirib çıxaracaq:

"Həm bu müşahidə olunacaq, həm də Rusiyada artıq yaşamaq icazəsi alan şəxslərin icazə müddəti bitdikdən sonrakı dövrdə onlara da şamil ediləcək. Nəticə etibarı ilə bu günün özündə belə Rusiya ərazisində əməkçi miqrantın ailə üzvü olaraq yaşamaq hüququ qazanan şəxslər belə qanunun qəbulu fonunda həmin hüquqdan məhrum olacaqlar. Bu isə onların geriyə qayıdışına stimul yaradacaq. Bir sözlə, qanun layihəsi kifayət qədər çoxsaylı əmək miqrantına şamil ediləcək. Belə miqrantlar arasında da say etibarı ilə ilk beşlikdə Mərkəzi Asiya ölkələri qərarlaşıb".

Qeyd edək ki, Sergey Mironovun lideri olduğu "Ədalətli Rusiya-Həqiqət naminə" fraksiyasının deputatları Dövlət Dumasına əmək miqrantlarının ailə üzvlərini Rusiyaya gətirməsinə qadağa qoyan qanun layihəsi təqdim ediblər. Qanun layihəsinin  müəllifləri təkliflərini onunla əsaslandırırlar ki, əmək miqrantlarının ailələrinin Rusiyada qalması dövlətin sosial infrastrukturuna, o cümlədən təhsil müəssisələri və səhiyyə sistemində əhəmiyyətli yükə gətirib çıxarır. Onların  iddiasına görə, qadağa tətbiq olunarsa, miqrasiya axını 15-20 faiz azalacaq. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri