Icma.az
close
up
RU
Rusiya vaxt udmağa çalışır ŞƏRH

Rusiya vaxt udmağa çalışır ŞƏRH

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin müəllimi

ABŞ hərbi kəşfiyyatı Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni hesabat yayımlayıb.

Sənəddə Rusiya Prezidenti Vladimir Putinin itkilərə baxmayaraq, Ukraynaya qarşı müharibədə qələbə əldə etmək məqsədindən geri çəkilmədiyi vurğulanır.

ABŞ kəşfiyyatının məlumatına əsasən, Moskva Ukraynanın neytrallaşdırılması və ölkənin daha da parçalanmasına yönəlmiş strategiyasını davam etdirir.

Rusiya hərbi qüvvələrinin “DXR” və “LXR” ərazilərində yavaş templə də olsa, irəliləyişi müşahidə olunur.

Hesabatda qeyd edilir ki, Rusiya tərəfi rəsmi olaraq danışıqlara hazır olduğunu bildirsə də, Ukraynanın kritik infrastrukturuna zərbələr endirməyə davam edir.

Bu isə Moskvanın irəli sürdüyü tələblərdə israrlı olduğunu göstərir.

Öncə onu deyək ki, belə məlumatlar informasiya müharibəsinin tərkib hissəsi olmaqla qeyri – obyektiv səciyyə daşıya bilər. Xüsusilə kəşfiyyat orqanlarının informasiya və psixoloji savaş xarakterli məlumatlar yayması istisna deyil. Əksinə, tez- tez rast gəlinən haldır. 

İkinci bir tərəfdən isə deməliyik ki, Rusiya davam edən müharibədə ən azı taktiki üstünlüyə malikdir. ABŞ-da Respublikaçıların lideri Donald Trampın hakimiyyətə gəlməsi Putinin işinə yaradı. Vaşinqtonun sərgilədiyi ritorika müəyyən mənada Moskvanın maraqlarına cavab verir. 

Ukraynaya dəstəklə bağlı ABŞ və Avropa arasında fikir ayrılığının yaranması da Rusiya üçün avantajdır. Əgər ABŞ dəstəyi dayandırsa, Avropa təkbaşına Rusiya qarşısında tab gətirə bilməyəcək. Ən əsas amillərədn biri də budur ki, Avropanın özündə də Ukrayna ilə bağlı tam olaraq birmənalı deyil. Bütün bunlar belə demək mümkünsə, Rusiyanı “iştahlandırır”. 

Doğrudan da, Rusiyanın əməli ilə sözü üst- üstə düşmür. Belə ki, Moskva bir tərəfdən, danışıqlarda maraqlı olduğunu desə də, digər tərəfdən hücumlarını dayandırmır. Burada məntiq budur: nə qədər ki, danışıqlar prosesi başlamayıb, Rusiya mümkün qədər çox ərazi tutmağa və “əlini daha da gücləndirməyə” çalışır. 

Kreml özü də başa düşür ki, danışıqlar gec- tez başlayacaq. Amma Rusiya mümkün qədər bu prosesi uzatmağa və daha çox ərazi qazancı ilə danışıqlara getməyə çalışır. Hələlik Rusiyanın buna gücü var. 

Perspektivdəki danışıqlar və sülh razılaşması nəticəsində Rusiyanın Krımı, həmçinin ilhaq etdiyi Donetsk, Luqansk, Xerson, Zaporojye kimi əraziləri Ukraynaya qaytaracağı gözlənilir. Beləliklə, mümkün danışıqlar nəticəsində Ukrayna ərazisi, yəqin ki, faktiki olaraq parçalanacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://525.az
archiveBu xəbər 25 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri