Rusiya miqrantlara tətbiq edilən rüsumları 5 12 dəfə artırdı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Dövlət Duması miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ümumilikdə miqrantlar üçün rüsumlar 5-12 dəfə artırılıb.
Belə ki, qanun layihəsi Rusiya vətəndaşlığı ilə bağlı müraciət edənlər üçün 12 dəfə - 4 200 rubldan 50 000 rubla qədər, müvəqqəti yaşayış icazəsi ilə bağlı müraciət edənlər üçün 8 dəfə (1 920 rubldan 15 000 rubla qədər), daimi yaşayış icazəsi ilə bağlı müraciət edənlər üçün 5 dəfə (6000 rubldan 30 000 rubla qədər) rüsum artımını nəzərdə tutur.
Bundan əlavə, miqrantlara iş icazələrinin verilməsi ilə bağlı dövlət rüsumları da artırılaraq, hər bir xarici mütəxəssis üçün 15 000 rubla çatacaq.
Bundan əlavə, qanun layihəsi Rusiya Prezidentinin fərmanına uyğun olaraq Rusiya üçün maraq kəsb edən xarici vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri və onların ailə üzvlərini müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış icazəsi verilməsi ilə bağlı dövlət rüsumlarını ödəməkdən azad edir.
Bu mövzuda digər xəbərlər:Putin vətəndaşlıq rüsumunu 12 dəfə artırdı
26 İyun 2026 21:17
ABŞ Qazaxıstan məhsullarına tətbiq edilən rüsumları artırıb
03 Aprel 2025 12:32
Tramp Rusiyaya qarşı rüsumları 500 faiz artırdı 5 ölkə də hədəfdə
17 Oktyabr 2026 08:36
Rusiya miqrantlara tətbiq olunan vergiləri əhəmiyyətli dərəcədə artıracaq
10 İyun 2026 15:09
Çinə rüsumları 145 faiz artırdı
10 Aprel 2025 19:47
Baxış sayı:159
Bu xəbər 11 İyun 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















