Icma.az
close
up
RU
Putin vətəndaşlıq rüsumunu 12 dəfə artırdı

Putin vətəndaşlıq rüsumunu 12 dəfə artırdı

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənədə əsasən, Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 12 dəfə artırılır.

Gununsesi.info  xəbər verir ki, qanun rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanuna əsasən, miqrantlar üçün aşağıdakı dövlət rüsumları artırılır:

Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi – 12 dəfə: 4 200 rubldan (təqribən 96 manat) 50 min rubla (təqribən 1 137 manat) qədər;

Müvəqqəti yaşamaq icazəsinin rəsmiləşdirilməsi – 8 dəfə: 1 920 rubldan (təqribən 44 manat) 15 min rubla (təqribən 341 manat) qədər;

Daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi – 5 dəfə: 6 min rubldan (təqribən 137 manat) 30 min rubla (təqribən 682 manat) qədər.

Bundan əlavə, miqrantların işə cəlb olunmasına icazənin verilməsi üçün dövlət rüsumu da artırılır. Belə ki, hər bir xarici mütəxəssis üçün bu rüsum 15 min rubla (təqribən 341 manat) çatdırılır.

Qanuna əsasən, əvvəllər SSRİ vətəndaşı olmuş, həmvətənlərin köçürülməsi üzrə dövlət proqramında iştirak edən xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri Rusiya vətəndaşlığını əldə edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar.

Sənəd həmçinin Rusiya üçün maraq kəsb edən xarici vətəndaşları, vətəndaşlığı olmayan şəxsləri və onların ailə üzvlərini müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi ilə bağlı dövlət rüsumundan azad edir.

Bundan başqa, “xüsusi hərbi əməliyyat” dövründə Rusiya Silahlı Qüvvələri ilə hərbi xidmət müqaviləsi bağlamış əcnəbilər də Rusiya vətəndaşlığının alınması və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumlarını ödəməyəcəklər.(oxu.az)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 İyun 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri