Icma.az
close
up
RU
Rusiya Mircəfər Bağırova aid arxivi Azərbaycana vermək istəmir

Rusiya Mircəfər Bağırova aid arxivi Azərbaycana vermək istəmir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) olmuş Mircəfər Bağırovun həbsi (1954), istintaqı (1954-1956) və məhkəmə prosesi (1956) ilə bağlı sənədlərin tam külliyatı Moskvadakı keçmiş SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Arxivində saxlanılır. Onların ümumi həcmi 200 cilddən çoxdur. Rusiyanın siyasi dairələri Azərbaycan alimlərinə həmin sənədə çıxış imkanlarını məhdudlaşdırıb.
Modern.az-ın məlumatına görə, bu barədə tarixçi alim Cəmil Həsənli bildirib.
Onun sözlərinə görə, hələ ötən əsrin 80-ci illərinin sonunda bu mövzuya böyük maraq yaranmışdı:
“1988-ci ildə biz Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Anar müəllimlə bu məsələni müzakirə etdik.

Anar müəllim 1988-ci ilin sentyabr ayının 21-də qeyd edilən Arxivdə Bağırovun sənədləri ilə tanış olmaq üçün SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Arxivinin direktorunun adına məktub verdi. Mən Moskvaya getdim. Lakin Hərbi Kollegiyanın Arxivində Bağırovun sənədləri ilə işləməyə icazə vermədilər. Dedilər ki, sənədlər qapalı fonddadır”.

C.Həsənli deyib ki, SSRİ dağılandan sonra da Mircəfər Bağırova aid sənərlərlə tanış olmaq imkanı verilməyib:
“Mən Milli Məclisin üzvü olanda yenidən bu məsələ ilə maraqlandım. Bu dəfə də bildirdilər ki, Bağırov və onun əlaltılarının istintaq və məhkəmə prosesinin materialları xaricilərə verilmir. Deməli, biz olmuşduq artıq xarici. Düzdür, Mircəfər Bağırovun istintaqı ilə bağlı arayışlar, ifadələr, yazışmalar Rusiya Sosial-Siyasi Tarix Arxivində, Rusiya Dövlət Ən Yeni Tarix Arxivində və Rusiya Dövlət Arxivində də var. Mən bu il "Bağırovdan sonrakı Azərbaycan" kitabını nəşrə hazırlayanda onlardan istifadə edə bildim. Lakin bütün istintaq və məhkəmə prosesinin tam sənədləri qeyd edilən cildlərdədir.

Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlıq haqqında müqavilə olsa da (müqavilənin bir bölməsi arxiv sahəsində əməkdaşlığa aid idi), dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq Azərbaycan hökumət dairələrində heç kəs bununla maraqlanmadı”.

C.Həsənlinin sözlərinə görə, Azərbaycan tarixinin 1917-1953-cü illərinə aid həmin cildlərdə çox qiymətli materiallar var.
“Hətta Bağırov və digərlərinin istintaqı gedən zaman respublika arxivlərindən çoxlu sayda sənədlər istintaq orqanları tərəfindən götürülüb, cinayət işinə əlavə edilib və geri qaytarılmayıb. Halbuki, Mircəfər Bağırovun bütün fəaliyyəti Azərbaycana aid olub və 1956-cı ilin aprel ayında məhkəmə də Bakıda keçirilib. Yəni qeyd edilən 200 cilddən artıq sənədlər bilavasitə Azərbaycana aiddir.

Bu 200 cilddən artıq sənədlərdən 6 qovluq Azərbaycan “KQB”nin arxivində olub. Onlar əsasında 1993-cü ildə arxivin müdiri rəhmətlik Telman Alıyev və N.Rüstəmli bir kitab buraxdılar: “Mircəfər Bağırovun məhkəməsi (arxiv materialları). Bakı: Yazıçı. (tərtibçi . N. Rüstəmli, T. Alıyev; Tərc. ed. N. Rüstəmli). 1993”.

Hüquqi müxanizmlər olduğu halda Azərbaycan hökuməti respublika tarixi üçün müstəsna əhəmiyyətə malik olan həmin sənədlərin və ya onların surətinin ölkəyə qaytarılması ilə bağlı təəssüf ki, heç bir addım atmır”, - tarixçi alim qeyd edib.

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri