Icma.az
close
up
RU
Dalğa Məryəm Bağırova yazır

Dalğa Məryəm Bağırova yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məryəm Bağırova

Psixologiyada emosional dözümlülüyün təməlini təşkil edən ən fundamental həqiqət odur ki, heç bir vəziyyət, hiss və çətinlik daimi deyil. Həyatın hər anı dəyişkəndir və hər bir emosional dalğa – istər sevinc, istər ağrı, istər uğur, istər məğlubiyyət olsun – müvəqqətidir. Paradoksal səslənsə də, hər şeyin keçici olması həm narahatlıq yaradan, həm də insana güc verən bir reallıqdır. Bu fikir müasir psixologiyada emosional müvəqqətilik prinsipi kimi izah olunur. Araşdırmalar göstərir ki, insan yaşadığı hisslərin dəyişəcəyini qəbul etdikdə, stressə qarşı daha davamlı olur. Bəlkə də həyatın ən böyük təsəllisi budur, heç nə sonsuzadək davam etmir. Yaxşı günlərdə insan çox vaxt bunun bitməyəcəyini düşünür. Halbuki həyatın səssiz qanunu fərqlidir, ən gözəl anlar belə xatirəyə çevrilmək üçün yaşanır. Ən qaranlıq günlərdə isə zaman sanki dayanıb qalır. Ağrı keçməyəcəkmiş kimi görünür. Halbuki insan beyni sonsuz ağrıya proqramlanmayıb. Emosiyalar dalğa kimidir, qalxır, zirvəyə çatır və sonra mütləq enir. Bu səbəbdən həyatın ən realist tövsiyəsi belədir – yaxşı günlərin dadını çıxar, çətin günlərin isə mütləq bitəcəyini bil. 

Albert Eynşteinin dediyi kimi: “Həyat velosiped sürmək kimidir. Müvazinəti qorumaq üçün hərəkət etməyə davam etməlisən”. Bəlkə də bu fikir həyatın keçicilik qanununu ən sadə formada izah edir. Çünki insan dayandığı zaman ağrının içində ilişib qalır, amma davam etdikcə anlayır ki, heç bir hiss daimi deyil. Hərəkət etdikcə yaralar sağalır, düşüncələr dəyişir və bir vaxtlar çox ağır görünən problemlər belə zamanla arxada qalır. Çünki həyat gözləyənləri yox, davam edənləri dəyişdirir.

Zaman keçdikcə bir çox narahatlıq öz mənasını itirir. Bəzən insan illərlə onu narahat edən şeylərin əslində keçici emosional reaksiyalar olduğunu sonradan anlayır. Bu dünyada heç nə insanı onun öz düşüncələri qədər yaralaya və sağalda bilməz. Düşüncə insanın daxili dialoqudur və bu dialoq ya tənqidçi, ya da dəstəkçi ola bilər. Sizin reaksiyanız isə artıq sizin psixoloji sərhədlərinizin göstəricisidir. İnsan yalnız bir şeyi – öz baxış bucağını idarə edə bilər. Psixologiyada “fərdiləşdirmə” adlanan bir koqnitiv təhrif mövcuddur, insan neytral hadisələri belə özünə aid edir və zehni onu bir hekayəyə çevirir. Çox vaxt isə ortada sadəcə bir davranış olur. Xüsusilə ortada qeyri-müəyyənlik olduqda, zehn boşluqları saxta “ssenari” və qorxulu fərziyyələr doldurur. Münasibətlərdə psixoloji sərhədlər anlayışı burada önəm qazanır. Özünü itirmədən var olmaq, bir dəfə izah etmək, bir dəfə soruşmaq və qarşı tərəfin məsuliyyətini öz üzərinə götürməmək deməkdir. Daim izah etməyə və ya kimisə dəyişdirməyə çalışmaq isə artıq nəzarət edə bilmədiyimiz sahəyə müdaxilədir. Yetkinlik faktla şərhi ayırd edə bildiyin anda başlayır. Emosiyalar idarəolunan hala gəlir və qərarlar ani reaksiyalar yox, şüurlu seçimlər olur. Ən böyük azadlıq isə bunu anladığımız gün başlayır, hər şey bizə görə baş vermir. İnsan bunu dərk edəndə başqa bir həqiqəti də anlayır, həyatda çox az şeyi idarə edə bilirik. Başqalarının nə düşündüyünü, necə davranacağını və bizi nə qədər anlayacağını idarə edə bilmərik. 

Frans Kafkanın dediyi kimi: “Sən qapının önündə dayanıb açar gözləyirsən, halbuki qapı heç vaxt kilidli olmayıb. Sadəcə onu itələmək cəsarəti lazımdır”. Bəlkə də həyat da çox vaxt belədir. Bizi saxlayan həmişə şərtlər deyil, bəzən sadəcə öz qorxularımız, öz şübhələrimiz və zehnimizdə qurduğumuz görünməz maneələrdir. Halbuki dəyişən çox vaxt həyatın özü deyil, bizim ona baxışımız olur. İnsan baxış bucağını dəyişəndə, bəzən illərlə bağlı qaldığını düşündüyü qapıların əslində heç vaxt kilidli olmadığını anlayır. Və nəhayət, unutmaq olmaz ki, hər şey keçicidir. Həyatın ən böyük paradoksu da elə buradadır, heç nə tam olaraq bizim əlimizdə deyil, amma eyni zamanda hər şey bizim necə baxdığımızdan asılıdır. Məşhur xalq deyimində də deyildiyi kimi: "Dünya bir pəncərədir, hər gələn baxar keçər".                                                                                     

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1252
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri