Icma.az
close
up
RU
“RUSİYA MÜHARİBƏNİ DAYANDIRMAĞA MƏCBURDUR...” İki əsas səbəb AÇIQLANDI

“RUSİYA MÜHARİBƏNİ DAYANDIRMAĞA MƏCBURDUR...” İki əsas səbəb AÇIQLANDI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya hər nə qədər Ukraynada sonsuza kimi müharibə aparmağa hazır olduğunu bəyan etsə də, reallıq tamamilə fərqlidir.

Məsələn, Ukrayna kəşfiyyatı bəyan edir ki, Rusiya müharibəni 2026-cı ildə bitirmək istəyir. Kəşfiyyatın əldə etdiyi məlumata görə, Rusiyanın strateji planlaşdırma sənədlərində açıq şəkildə qeyd edilib ki, müharibə 2026-cı ilə qədər sona çatdırılmalıdır. Əks halda, Rusiya daha böyük çətinliklərlə üzləşəcək.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski yerli mediaya müsahibəsində Rusiyanın nədən müharibəni bitirməyə məcbur olduğunu bu cür izah edib: "Biz bunun niyə belə olduğunu başa düşürük. Çünki Rusiya Federasiyasında müharibənin xərcləri çox yüksəkdir. Biz bu gün onların iqtisadiyyatında mövcud olan mənfi tendensiyaları görürük. Əslində, o, durğunluq mərhələsinə qədəm qoyub. Bunlar faydalı qazıntıların hasilatı və ya, məsələn, metallurgiya ilə bağlı hər şeyə aiddir. Onlar üçün satış bazarları daralıb. Büdcənin 42 faizi müharibəyə gedir və bu, onlar üçün böyük xərclərdir”.

Skibitskinin fikrincə, ikinci səbəb odur ki, ruslar hadisələrin inkişafı üçün mümkün ssenariləri proqnozlaşdırıblar və başa düşüblər ki, müharibəni eyni sürətlə və bu cür xərclərlə davam etdirsələr, heç vaxt ABŞ və Çinlə rəqabət apara bilməyəcəklər: “Sonra onlar adi regional gücə çevriləcəklər, Rusiyanın təsiri postsovet məkanı və Afrika da daxil olmaqla, digər qitələrin bəzi ayrı-ayrı elementləri ilə məhdudlaşacaq. ABŞ və Çinin səviyyəsi isə onlar üçün əlçatmaz olacaq. Onlar bunu başa düşürlər. Buna görə də onlara fasilə lazımdır. Sanksiyaların ləğvi məsələsi var”.

Doğrudan da, müharibə davam etdikcə, Rusiya iqtisadi, siyasi və hərbi cəhətdən tükənir. Bu isə Moskvanı ABŞ və Çinin səviyyəsindən dəfələrlə uzaqlaşdıraraq, onu dünya arenasında rəqabətə davamsız vəziyyətə gətirir.

Skibitski deyib ki, Rusiya üçün neftin qiyməti də son dərəcə əhəmiyyətlidir. Hesablamalara görə, dünya bazarında neft 50 dollara olsa, Rusiya uzağı 18 ay indiki templə müharibə apara bilər. Neft 30 dollara düşsə, Rusiya bunu yalnız bu ilin sonuna qədər edə biləcək: "Rusiya Federasiyasının üzərinə düşən problemlərin diapazonu əslində göründüyündən daha genişdir. Xüsusilə, bunlar demoqrafik məsələlərdir. Əmək bazarı daralır, hazırda onlar ildə 350 min insanı orduya səfərbər edirlər. Əgər itkiləri də əlavə etsəniz, bu, 500 min edir və bu rəqəm əmək bazarı üçün böyük itkidir. Rusiyada işsizlik səviyyəsi, məsələn, indi Sovet İttifaqından bəri ən aşağı səviyyədədir. Bu, əmək bazarından götürülə biləcək hər kəsin orduya cəlb olunmasından irəli gəlir”.

Qeyd edək ki, bundan əvvəl KİV-də Kremlin müşaviri Dmitri Suslovun Putinin atəşkəs tələblərini səsləndirdiyi barədə məlumat yayılmışdı. Həmin plana Ukrayna qoşunlarının Donbasın bütün ərazisindən, Rusiyanınsa Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən çıxarılması daxildir. Qalan ərazilərdə cəbhə olduğu kimi qalır. Bundan əlavə, Ukrayna NATO-ya qoşulmamaq öhdəliyi götürməlidir.

Ukrayna tərəfi artıq heç bir ərazisindən imtina etməyəcəyini bəyan edib. NATO üzvlüyünə gəlincə, zatən Ukrayna Şimal Alyansının üzvü olmasa da, NATO-dan hər cür dəstək almaqdadır. Bu baxımdan, quruma üzv olmadan da Ukrayan öz ordusunu gücləndirə və Qərb ölkələri ilə ikitərəfli hərbi anlaşmalar imzalaya bilər.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri