Icma.az
close
up
RU
Rusiya müharibəyə görün nə qədər XƏRCLƏYİR ŞOK RƏQƏMLƏR

Rusiya müharibəyə görün nə qədər XƏRCLƏYİR ŞOK RƏQƏMLƏR

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

2026-cı ilin birinci rübündə hərbi xərclərin federal büdcə gəlirlərindəki payı görünməmiş həddə - 65,26%-ə çatıb.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun elmi işçisi Yanis Klyuge Rusiya Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamalarda bildirib.

Yanvar-mart ayları ərzində xəzinəyə 8,309 trilyon rubl gəlir daxil olub ki, bunun da 1,443 trilyon rublu neft-qaz gəlirlərinin (illik müqayisədə -45%), 6,866 trilyon rublu isə qeyri-neft-qaz gəlirlərinin (+7%) payına düşüb. Eyni zamanda, müharibəyə 5,908 trilyon rubl xərclənib. Bu göstərici 2025-ci ilin birinci rübü ilə müqayisədə 30% çox, müharibədən əvvəlki 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə isə 5 dəfə yüksəkdir.

Ekspert Yanis Klyuge qeyd edir ki, bu, hərbi xərclərin büdcə gəlirlərinin üçdə ikisinə bərabər olması deməkdir. Halbuki, ilin əvvəlində yeni neft sanksiyaları, güclü rubl və iqtisadiyyatın soyuması büdcə gəlirlərinə ciddi zərbə vurub. O, bu rəqəmlərin olduqca "təsirli" göründüyünü və Kreml baxımından, böyük ehtimalla, ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Vergilərin artırılmasına baxmayaraq, müharibənin gətirdiyi maliyyə yükü hər il büdcəyə daxil olan vəsaitlərin getdikcə daha böyük hissəsini "udur". Müqayisə üçün qeyd edək ki, Klyugenun hesablamalarına görə, bu göstərici ötən il 43,34%, 2024-cü ildə 39,05%, 2023-cü ildə 32,05%, 2022-ci ildə isə 24,51% təşkil edib. Müharibədən əvvəlki 2021-ci ildə isə büdcə gəlirlərinin cəmi 18,44%-i müdafiə bəndlərinə yönəldilib.

Analitikin fikrincə, hərbi xərclərin bu cür sıçrayışı onunla bağlı ola bilər ki, Maliyyə Nazirliyi nəhəng kəsiri gizlətmək və il ərzində 5 dəfə (1,2 trilyondan 5,8 trilyon rubla qədər) artırılmalı olan plana əməl etmək üçün ötənilki xərclərin bir hissəsini cari ilin büdcəsinə keçirib. Lakin nəticədə, 2026-cı ilin əvvəlində hərbi xərclər büdcədə nəzərdə tutulan səviyyəni demək olar ki, iki dəfə üstələyib - ÜDM-in 6,8%-i proqnozlaşdırıldığı halda, faktiki olaraq ÜDM-in 12%-nə bərabər olub./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 İyun 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri