Icma.az
close
up
RU
Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlıların pulunu daha çox nəyə xərclədiyi ilə bağlı son rəqəmlər maraqlı mənzərə ortaya qoyur. 2026-cı ilin ilk 8 ayında pərakəndə ticarət real ifadədə 3,9 faiz artıb. Lakin diqqət çəkən məqam ümumi artımdan daha çox, istehlakçıların hansı məhsullara üstünlük verməsidir.

Belə ki, qeyri-ərzaq məhsullarının satışında artım ərzaq, içki və tütün məhsullarını xeyli qabaqlayıb. Kompüter və telekommunikasiya avadanlıqlarının satışında 33,4 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatlarda isə 21,6 faiz artım qeydə alınıb. Eyni zamanda əhalinin nominal gəlirləri 9,4 faiz, orta aylıq əməkhaqqı 7,2 faiz artıb. Amma inflyasiya da ailə büdcəsinə ciddi təsir göstərməkdədir.

Bəs bu rəqəmlər əhalinin rifahının yüksəldiyini, yoxsa xərclərin strukturunun dəyişdiyini göstərir? Azərbaycanlılar həqiqətən daha çox məhsul alırlar, yoxsa artan qiymətlər ailələri daha çox pul xərcləməyə məcbur edir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı bildirib ki, ayrı-ayrı məhsullar üzrə faiz nisbətində artımlar müşahidə olunsa da, istehlak strukturunda ciddi dəyişiklik baş verməyib: "Faiz nisbətində artım ola bilər, amma struktur baxımından ərzaq, tütün və içki məhsulları hələ də təxminən 50 faiz civarındadır. Yəni burada ciddi struktur dəyişikliyi baş verməyib. Kompüter və məişət texnikasının alınmasının artması isə çox güman ki, yeni tədris ili və təhsillə bağlıdır. Çünki universitetə daxil olanlar, yuxarı siniflərə keçən şagirdlər var və onların kompüterə, digər texniki avadanlıqlara ehtiyacı yaranır. Çox güman ki, bu artımın əsas səbəblərindən biri də budur".

İqtisadçı əhalinin gəlirlərinin artmasını müsbət hal kimi qiymətləndirsə də, burada nominal və real gəlirlər arasındakı fərqə diqqət çəkib: "Təbii ki, real gəlirlərin artması çox yaxşı göstəricidir. Amma burada söhbət daha çox nominal artımdan gedir. Çünki inflyasiya da yüksəkdir. Bizim əsas hədəfimiz insanların real gəlirlərinin artması olmalıdır. Real gəlirlərin artımı inflyasiyanı ən azı bir-iki dəfə qabaqlamalıdır ki, insanların rifah halının yüksəlməsi də gəlirlərin artım tempi ilə davam etsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri