Icma.az
close
up
RU
Rusiya NATO gərginliyi artır: Hərbi toqquşma qaçılmazdırmı? AÇIQLAMA

Rusiya NATO gərginliyi artır: Hərbi toqquşma qaçılmazdırmı? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

NATO-nun baş katibi Mark Ruttenin son açıqlamasına görə, Rusiya hazırda bütün NATO ölkələrindən daha çox silah-sursat istehsal edir və beş il ərzində alyansa qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. Bu bəyanat fonunda, Rusiya ilə NATO arasında gərginliyin artması barədə iddialar gündəmi zəbt edib.


Doğrudanmı müəyyən mərhələdən sonra iki böyük hərbi güc qarşı-qarşıya gələcək?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Rusiya-NATO münasibətlərindəki gərginliyin kökləri 2008-ci ildə keçirilmiş Buxarest sammitinə dayanır. Həmin sammitdə NATO üzvü olan ölkələr Ukrayna və Gürcüstanın alyansa inteqrasiyasını dəstəkləyən sənəd qəbul etmişdi. Onun sözlərinə görə, bu qərar Rusiyada ciddi narazılıq doğurmuş və münasibətlərin gərgin mərhələyə keçməsinə səbəb olmuşdu.


Politoloq xatırladıb ki, 2014-cü ildə Ukraynada baş vermiş hakimiyyət dəyişikliyindən sonra Avropa yönümlü Petro Poroşenkonun prezident seçilməsi ilə Ukrayna Konstitusiyasında NATO-ya inteqrasiya prioritet kimi təsbit edildi vı bu, Moskvanın narahatlığını daha da artırdı. "2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi də məhz bu təhlükənin, yəni Ukraynanın NATO-ya daxil olma ehtimalının qarşısını almaq məqsədi ilə izah olunurdu. Rusiya, NATO ilə birbaşa qarşıdurmaya girmək istəmirdi”, – deyə Y.Bağırzadə vurğulayıb.


Ekspert NATO və Rusiyanın hərbi imkanlarını da dəyərləndirib: 


“Putinin dediklərində müəyyən həqiqət payı var. ABŞ istisna olmaqla, NATO-ya üzv ölkələrin hərbi istehsal gücü Rusiyanın hazırkı imkanları ilə müqayisədə zəifdir. Amma qeyd edilməlidir ki, Rusiya da Ukrayna ilə müharibədə ciddi resurs itkiləri yaşayıb və hazırda hərbi texnikasının bir hissəsini Şimali Koreya, İran və Çin kimi ölkələrdən təmin edir”.


Y. Bağırzadə həmçinin bildirib ki, hazırda NATO ölkələrinin, xüsusilə də Baltik və Şimal dənizində yerləşən dövlətlərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilir: 


“Almaniyanın liman şəhərində baş tutan bu təlimlərdə 9 minə yaxın NATO əsgəri iştirak edir. Rusiya bu təlimləri öz təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirir”.


Bununla yanaşı, ABŞ-Rusiya münasibətlərində müəyyən fərqliliklərin də olduğunu deyən politoloq, Prezident Donald Trampın Ukrayna müharibəsi üzrə nümayəndəsi, general Kit Kellogun son bəyanatına diqqət çəkib.


“Kellog bildirib ki, Rusiya-NATO münasibətlərinin gərginləşməsində, Rusiyanın NATO-nu ittiham etməsində müəyyən əsaslar var. NATO, Rusiya sərhədlərinə doğru genişlənməməlidir”, – deyə o qeyd edib.


Sonda politoloq vurğulayıb ki, Rusiya ilə NATO arasında genişmiqyaslı qarşıdurma ehtimalı bu mərhələdə real görünmür. Hazırda tərəflər daha çox mövqelərini möhkəmləndirməyə və siyasi üstünlük qazanmağa çalışırlar.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri