Icma.az
close
up
RU
Rusiya NATO müharibəsi: “Bloomberg” bunun dünyaya neçəyə başa gələ biləcəyini hesabladı

Rusiya NATO müharibəsi: “Bloomberg” bunun dünyaya neçəyə başa gələ biləcəyini hesabladı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Avropa Vladimir Putinin rəhbərliyi ilə Rusiyanın artan hərbi potensialını diqqətlə izləyir. İllər əvvəl az qala inandırıcı sayılmayan təhlükə – Rusiya ilə müharibə – artıq real risk kimi dəyərləndirilir.

Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, Rusiya artilleriya mərmiləri, dronlar və raketlər istehsalını elə bir sürətlə artırır ki, bu yaxınlarda Ukraynadakı ordusunun ehtiyaclarını belə üstələyə bilər.

Jurnalistlərə görə, Rusiya ilə NATO arasında müharibənin hələlik başlamamasının əsas səbəblərindən biri Rusiyanın hazırda iki cəbhədə döyüş aparmaq imkanının olmamasıdır və Kremlin belə bir savaşa başlamaq istəməsi də şübhəlidir.

Bununla belə, NATO-nun baş katibi Mark Rütte ehtimal edir ki, Rusiya 5 il ərzində alyans üzvünə hücum edə bilər. Bu proqnoz Almaniyanın kansleri Fridrix Mers və bir neçə Avropa kəşfiyyat qurumunun fikirləri ilə üst-üstə düşür.

"Bloomberg” qeyd edir ki, Danimarka isə daha qorxulu senari irəli sürür: bu ölkənin rəsmiləri düşünür ki, Putin artıq 6 ay ərzində Baltikyanı ölkələrdən birinə qarşı lokal müharibə başlada və 2 il ərzində NATO-nun bir və ya bir neçə üzvü üçün real təhlükəyə çevrilə bilər.

Məqalədə qeyd olunur ki, Baltikyanı ölkələr Avropa iqtisadiyyatının kiçik bir hissəsini təşkil etsələr də, strateji baxımdan mühüm mövqedədirlər və Putin bu regiona öz təhrif olunmuş tarixi baxışları prizmasından yanaşır.


Müharibə necə başlaya bilər

Senarilərə görə, müharibə uydurulmuş insident və ya hibrid hücumla başlaya bilər. Moskva ilə Kalininqrad arasında Vilnüsdan keçən dəmir yolu xətti belə bir hadisə üçün zəif həlqə sayılır. Litvanın keçmiş xarici işlər naziri Qabrielyus Landsberqis ehtimal edir ki, Rusiya həmin dəmir yolunda qatarın saxlanılmasını bəhanə gətirərək vətəndaşlarını "qorumaq” məqsədilə Litvaya qoşun yeridə bilər. Bu, əslində işğal anlamına gələr.

Daha sonra Rusiya Estoniya və Latviyaya qarşı hücumlar həyata keçirə, Baltik dənizində öz donanmasını yerləşdirərək strateji adalara nəzarəti ələ ala və Polşa ilə Baltik ölkələri arasında yer alan Suvalki dəhlizini bağlaya bilər.

Bu halda Baltik ölkələri NATO-nun 5-ci maddəsinə əsaslanaraq Rusiya və bəlkə də Belarusla qarşıdurmaya başlaya bilər. NATO rəsmi reaksiya verməsə belə, döyüşlərin yaxınlığında yerləşən ölkələr – məsələn Polşa və Finlandiya – Rusiya qüvvələrinə hücum edib Baltik ölkələrinə dəstək göstərə bilər.

Rusiya isə cavab olaraq Avropadakı hərbi bazalara, iri şəhərlərdəki həyati infrastruktur obyektlərinə zərbələr endirə bilər.

İqtisadi nəticələr

Məqaləyə görə, belə bir müharibə qlobal iqtisadi istehsalı ilk il ərzində 1,3% və ya 1,5 trilyon dollar azalda bilər. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı işğalının yaratdığı iqtisadi təsirlə müqayisə oluna biləcək həcmdədir.

Xüsusilə Baltikyanı ölkələrdə iqtisadiyyat 43% azala bilər ki, bu da hazırda Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindəki geriləməyə bərabərdir. Finlandiya, İsveç, Polşa və Almaniya kimi münaqişəyə cəlb olunan ölkələrdə də azalma baş verəcək. Avropa İttifaqının ümumi ÜDM-i 1,2% azalacaq, dövlət borcu isə kəskin artacaq.

Rusiyanın özü isə artıq mövcud sanksiyalar səbəbindən qlobal sistemdən qopduğuna görə, 1%-lik itki ilə nisbətən az təsirlənəcək.

Böyük Britaniyada ÜDM-də 0,2%, ABŞ-da isə 0,7% azalma gözlənilir. Çin isə sərt maliyyə şərtləri və enerji qiymətlərindəki artım səbəbilə 0,8% iqtisadi geriləmə ilə üzləşə bilər.

Siyasi və strateji fon

Məqalədə qeyd olunur ki, Donald Tramp prezidentliyə qayıtdığına görə, ABŞ-ın reaksiyası qeyri-müəyyən ola bilər. Jurnalistlər istehzayla yazırlar ki, Tramp "Truth Social” platformasında "SÜLH, YOXSA MÜHARİBƏ!” çağırışı edə və Avropanı Putinə "danışıq” təklif etməyə təşviq edə bilər.

Nəticədə, "Bloomberg” xəbərdarlıq edir ki, belə bir müharibə yalnız Avropa üçün yox, bütün dünya üçün dağıdıcı iqtisadi və təhlükəsizlik nəticələrinə səbəb ola bilər. Bu səbəbdən NATO hazırda sürətlə müdafiə qabiliyyətini gücləndirməyə çalışır.

Ukrayna prezidenti Volodimir Zelenski də bu gün verdiyi açıqlamada Rusiyanın növbəti 5 il ərzində NATO-ya hücum edə biləcəyini vurğulayıb.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri