Icma.az
close
up
RU
“NATO ilə Rusiya açıq qarşıdurmaya yaxınlaşır“ “Bloomberg“

“NATO ilə Rusiya açıq qarşıdurmaya yaxınlaşır“ “Bloomberg“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropada "hibrid müharibə" qorxusu fonunda NATO Moskvaya sonuncu dəfə xəbərdarlıq edib

NATO-nun baş katibi Mark Rütte açıq şəkildə bildirib ki, Alyans Rusiyanın dron hücumlarına qarşı bahalı raketlərdən istifadə etməklə davamlı müdafiə qura bilməz. 

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Onun sözlərinə görə, bir neçə min dollara başa gələn pilotsuz uçuş aparatlarını yarım milyon və ya milyon dollar dəyərində raketlərlə vurmaq "tamamilə yolverilməzdir". Rütte əlavə edib ki, Qərb Ukraynadan öyrənir və yaxın həftələrdə yeni dron əleyhinə texnologiyalar tətbiq ediləcək.

Baş katib həmçinin Donald Trampın Rusiyanı "kağız pələngi" adlandırmasının Kremldə ciddi qıcıq yaratdığını etiraf edib. Bununla yanaşı, Rütte yenidən sülh masasına çağırış edərək vurğulayıb ki, "o masa nə Rusiyada olmalı, nə də Putinsiz - yalnız Putin və Zelenski üz-üzə oturaraq müharibənin sonunu müzakirə edə bilərlər".

"Bu, qorxaq düşmənin hücumudur"

Son günlərdə isə Rusiya dronlarının NATO ölkələri üzərində uçuşları Avropada həyacan doğurub. Xüsusən də Danimarkada hava limanları dəfələrlə bağlanıb, hərbi bazalar üzərində şübhəli uçuşlar qeydə alınıb. Baş nazir Mette Frederiksen bunu "qorxaq düşmənin hücumu" adlandıraraq, danimarkalıları daha çox kiberhücumlara, diversiyalara və dənizaltı kabellərə qarşı mümkün zərbələrə hazır olmağa çağırıb.

Onun sözlərinə görə, bu hücumların məqsədi Avropanı çaşdırmaq və zəiflətməkdir. Danimarka xüsusi xidmət rəhbəri də Rusiyanın casusluq və diversiya riskinin yüksək olduğunu, baş verənləri tipik "hibrid müharibə" nümunəsi kimi dəyərləndirib.

Avropadan Moskvaya "son xəbərdarlıq"

Bununla yanaşı, "Bloomberg" nəşri yazır ki, Avropa diplomatları bu həftə Moskvada gərgin danışıqlar zamanı Kremlə açıq mesaj veriblər: NATO bundan sonra hava məkanının pozulmasını qəbul etməyəcək və Rusiya təyyarələri vurulacaq. Xüsusilə keçən həftə üç MiQ-31 qırıcısının Estoniya səmasına daxil olması Alyansın səbr kasasını daşırıb.

Rusiya tərəfi isə bu uçuşları Ukraynanın Krıma endirdiyi zərbələrə cavab kimi təqdim edib və NATO-nu dolayı yolla münaqişəyə qarışmaqda günahlandırıb. Müşahidəçilərin fikrincə, Kreml indi Avropanın sərt xəbərdarlığının real niyyətini yoxlamağa cəhd edə bilər.

Bunun fonunda Rusiyanın Alyaska yaxınlığında iki strateji bombardmançı Tu-95 və Su-35 qırıcıları ilə ABŞ hava hücumundan müdafiəsini "yoxlaması", habelə Moskvadakı diplomatik ritorika NATO ilə qarşıdurmanın daha da kəskinləşəcəyinə işarə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri