Rusiya NATO ölkəsinə hücuma hazırlaşır XƏBƏRDARLIQ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
ABŞ yaxın aylarda Polşaya qarşı mümkün Rusiya hibrid əməliyyatı ilə bağlı Varşavanı xəbərdar edib.
Modern.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti Polşa mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, mümkün ssenarilər arasında kritik infrastruktur obyektlərinə dron hücumları, hava zərbələrinin imitasiyası, həmçinin Rusiya və ya Belarus hərbçilərinin "GPS xətası" və ya "xilasetmə əməliyyatı" adı altında Polşa ərazisinə məhdud şəkildə daxil olması yer alır.
Mənbələrin iddiasına əsasən, bu cür addımların məqsədi NATO-nun reaksiyasını yoxlamaq, Qərbi Ukraynaya dəstəyi azaltmağa məcbur etmək və mümkün diplomatik çıxışı Rusiyanın qələbəsi kimi təqdim etməkdir.
Bu fonda Polşa hazırlıq tədbirlərini gücləndirir. NATO isə sərt cavaba hazır olduğunu bildirir və gərginlik artacağı təqdirdə cavab zərbələrinin hədəflərindən birinin Kalininqrad ola biləcəyini istisna etmir.
Rusiya tərəfi isə belə planlarla bağlı hər hansı rəsmi təsdiq verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 03 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















