Icma.az
close
up
RU
Rusiya dronlarla NATO ölkəsinə HÜCUM ETDİ

Rusiya dronlarla NATO ölkəsinə HÜCUM ETDİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Ukraynaya hücum zamanı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) Polşanın hava məkanına daxil olub.

Modern.az xəbər verir ki, Polşa ordusu ilk dəfə ordusunu və NATO qüvvələrini Rusiya dronlarına qarşı istifadə edib.

Bu barədə Polşanın Hərbi Komandanlığı məlumat yayıb.

Açıqlamada bildirilir ki, çərşənbə günü Polşa hava məkanına dəfələrlə “dron tipli obyektlər” daxil olub:

“Obyektlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi əməliyyatı davam edir. Silah tətbiq olunub, hərbi qulluqçular vurulan dronların yerlərini müəyyənləşdirmək istiqamətində fəaliyyət göstərirlər”.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, əməliyyat davam edir, Podlaskie, Mazoviekie və Lublin bölgələri risk altında olduğuna görə əhaliyə evdə qalmaq tövsiyə olunub. Müdafiə naziri Vladislav Kosinyak-Kamiş isə Polşa təyyarələrinin “düşmən obyektlərinə qarşı silah tətbiq etdiyini” açıqlayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, Polşa dörd hava limanını, o cümlədən Varşavadakı əsas Şopen hava limanını müvəqqəti bağlayıb. Həmçinin Ukraynaya silah və sərnişin daşımalarında əsas rol oynayan Jeşuv-Yasionka hava limanının fəaliyyəti dayandırılıb. Polşa hakimiyyəti bu məlumatı hələlik rəsmi təsdiq verməyib.

ABŞ Dövlət katibi Marko Rubioya bu barədə məlumat verildiyi bildirilir. Demokrat senator Dik Dərbin isə Rusiyanın NATO hava məkanını dəfələrlə pozmasını “Putinin NATO-nun iradəsini sınağa çəkməsi” kimi qiymətləndirib:

“Putinin Ukraynada törətdiyi qırğınlardan sonra bu insidentlər diqqətdən kənarda qala bilməz”, – deyə o vurğulayıb.

Respublikaçı konqresmen Co Uilson isə Rusiyanın Polşaya dron hücumunu “NATO müttəfiqinə qarşı müharibə aktı” adlandırıb və ABŞ Prezidenti Donald Trampı “Rusiyanın hərbi maşınını iflasa uğratmaq üçün” sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Polşa 2022-ci ildə Ukraynadan atılan raketin səhvən ölkənin cənubundakı kəndə düşməsi və iki nəfərin həlak olmasından sonra hava məkanına daxil olan obyektlərə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib. Lakin indiyə qədər Polşa və ya NATO qüvvələri tərəfindən dronların vurulması barədə məlumat olmayıb.

Bundan əlavə, Polşa cümə axşamı gecəyarısından etibarən Belarusla sərhədini bağlayacağını elan edib. Buna səbəb Rusiya və Belarusun başladığı genişmiqyaslı “Zapad” hərbi təlimləridir. Təlimlər həm Polşa, həm də Litva və Latviyada ciddi təhlükəsizlik narahatlığı yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri