Icma.az
close
up
RU
Rusiya NATO ya üzv qəbul olunsaydı… Politoloq

Rusiya NATO ya üzv qəbul olunsaydı… Politoloq

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında dünənki çıxışında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib, bircə onu deyib ki, “ordumuz bütün istiqamətlərdə irəliləyir”. Aydındır ki, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib. Müharibəyə başlama əmrini verən Kreml sahibi onu necə yekunlaşdıracağını bilmir. Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Putin Qərbin dünyada hegemonluğunun başa çatdığını vurğulayıb:

““ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib. Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: “NATO bizi ‘kağız pələngi’ adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?” Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib.

Putinin ABŞ və NATO rəhbərliyinə xatırlatması da olub: “2000-ci ldə ABŞ-ın keçmiş Prezidenti Bill Klintona təklif etdim ki, Rusiyanı NATO-ya üzv qəbul etsinlər, o əvvəlcə razılaşdı, sonra müşavirlərinin məsləhətlərini dinləyərək fikrindən vaz keçdi”.
Putin bu məsələni ilk dəfə deyil xatırlayır. Görünür, Putin bununla demək istəyir ki, onun təklifi reallaşaraq Rusiya NATO-ya üzv qəbul olunsaydı beynəlxalq aləmdə indiki gərginlik olmazdı.

Həqiqətən Rusiya Putinin təklifi ilə 2000-ci illərin başlanğıcında NATO-ya üzv qəbul olunsaydı, indiki gərginlik olardımı? Putin bu təklifi səsləndirmədən əvvəl ikinci Çeçenistan müharibəsinə başlamışdı, nəticədə silahlı qruplarla yanaşı minlərlə mülki insan həlak olmuşdu. Yəqin NATO üzvləri düşünüblər ki, Rusiyanın Şimali Atlantika Blokuna üzvlüyü Kremli daxili və xarici müharibələrdən çəkindirməyəcək. Misal üçün Rusiya NATO üzvü olsaydı belə 2008-ci ildə Gürcüstanla müharibə, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməyəcəyini və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləmək çətindir. NATO-da qərarlar konsensusla qəbul olunur. Rusiya ümumi qərarlara tabe olacaqdımı? Əksinə Rusiya NATO üzvü olduqdan sonra blok içərisində tərəfdar qrupu formalaşdırmağa çalışacaq, bu isə təşkilatın içərisindən dağılmasını sürətləndirəcəkdi. Buna görə də Klitonun müşavirləri Putinə “yox” cavabı verməyi məsləhət biliblər”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri