Icma.az
close
up
RU
Rusiya niyə Naxçıvanla sərhəddə konsulluq açır? Detallar açıqlandı

Rusiya niyə Naxçıvanla sərhəddə konsulluq açır? Detallar açıqlandı

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Rusiya Ermənistanın Sünik bölgəsində (Zəngəzur – red.) konsulluq açması birmənalı deyil. Regional kommunikasiyaların açılması ilə bağlı 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanat var. Bu mənada, Rusiya kommunikasiya xəttlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Sadəcə, indi dəhlizə nəzarət məsələsi ətrafında müzakirələr gedir.

Bunu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

“Rusiyanın Ukrayna ilə müharibə səbəbindən digər istiqamətlərdə Avropaya çıxışı qapanıb. Ona görə də bu gün Orta Dəhliz konsepsiyasının mühüm hissəsi olacaq Zəngəzur dəhlizi Rusiya üçün daha maraqlı görünür. Çindən Avropaya qədər olan əlaqələrin qurulmasında bu mühüm marşurut hesab edilir”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, Ermənistanın bütün sərhədlərini rus ordusu qoruyur:

“İrəvan hələlik Moskva ilə bu razılaşmadan çıxmayıb. Ona görə də Rusiya öz mövcudluğunu bölgədə daha çox önə çəkmək üçün Zəngəzurda, yəni Naxçıvanla sərhəddə yaxın hissədə konsulluq açmaq niyyətindədir. Bundan öncə isə Qafan rayonunda İran tərəfindən binanın malası qurumamış konsulluq açılıb”.

Siyavuş Novruzova görə, Rusiyanın Zəngəzurda konsuluq açması gələcəkdə dəhlizə nəzarət baxımından strateji addım kimi dəyərləndirilir:

“Moskva bölgədə olan kommunikasiya xəttlərinin ancaq öz nəzarətində olmasını istəyir. Hazırda Avropa İttifaqının Ermənistan ərazisində “müşahidə missiyası” adı altında NATO təmsilçiləri yerləşdirilib. Rusiya da məhz bu addımlara cavab olaraq bölgədə daha çox möhkəmlənmək niyyətindədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri