Rusiya nizamlama prosesinə mane olmağa çalışacaq
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"Rusiya maksimum dərəcədə çalışacaq ki, Azərbaycanla Ermənistan arasında gedən nizamlama prosesi. eləcə də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə əngəl olmağa çalışsın. Bunun üçün Kreml Ermənistana qarşı təsir vasitələrindən istifadə edəcək".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya dəvət edilməsi də məhz bu məqsədə xidmət edir:
"Bildiyimiz kimi Rusiya Ermənistana qarşı ciddi iqtisadi təsir imkanlarına malikdir. Bu ölkənin enerji sektoruna nəzarət demək olar ki, Rusiyaya məxsusdur. Hesab edirəm ki, erməni baş nazirə Kreml rəhbəri bunları bir daha xatırladacaq və Rusiyanın orbitindən çıxmamağı tövsiyə edəcək".
Arzuman Muradlı deyir ki, hər hansı təsir mexanizmlərinə baxmayaraq Ermənistan hakimiyyəti özündə siyasi iradə tapıb Vaşinqton bəyannaməsinə sona qədər sadiq qalmalı, onun icrası istiqamətində təxirəsalınmaz addımlar atmalıdır:
"Ermənistanın yenidən Amerika və Rusiya arasında var-gəl etməsi, qərarsəzlıq nümayişi İrəvanın özünə ziyan edər. Mən inanmıram ki, Ermənistan hakimiyyəti Vaşinqtonda yaranmış ideal imkanlardan imtina etsin və özünə əlavə problem yaratsın. Çünki Ermənistan üçün bundan yaxşı variant ola bilməz".
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiya işğalı genişləndirməyə çalışacaq
03 Mart 2025 08:22
“Qarabağ”ın tarixi uğuruna kim mane olmağa çalışacaq? şok detallar
16 Avqust 2025 12:46
Britaniya və Fransa Trampın Ukraynaya yardımı kəsməsinə mane olmağa çalışacaq
11 Noyabr 2024 09:57
Bayden: ABŞ Qəzzada atəşkəsə nail olmağa çalışacaq
27 Noyabr 2024 17:12
“Rusiya təyyarə qəzasında günahını gizlətməyə çalışacaq”
26 Dekabr 2024 14:31
Baxış sayı:61
Bu xəbər 15 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















