Rusiya Odessaya raket zərbəsi endirdi İki nəfər ölüb KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ordusu iyulun 11-i səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbəsi endirib, nəticədə 2 nəfər ölüb, bir nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
“Odessaya endirilən raket zərbəsi nəticəsində, ilkin məlumata görə, təəssüf ki, iki nəfər ölüb. Daha bir nəfər – 24 yaşlı kişi qəlpə yarası alıb”, – Oleq Kiper bildirib.
O bildirib ki, raket zərbəsi mülki infrastruktur obyektini hədəf alıb.
Hazırda hadisə yerində bütün aidiyyəti xidmətlər çalışır, yaralıya tibbi yardım göstərilir və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Baxış sayı:180
Bu xəbər 11 İyul 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















