Rusiyanın Odessaya zərbəsi: ölən var KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Ukraynanın Odessa vilayətinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb.
Odessa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verbanın sözlərinə görə, hücum yaşayış məntəqələrini hədəf alıb. Nəticədə fərdi yaşayış evinin damı dağılıb, daha iki evə ziyan dəyib, pəncərələri sınıb. Hücum zamanı 61 yaşlı yerli sakin həlak olub.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, pilotsuz uçuş aparatı yaşayış məntəqələrindən birində ikimərtəbəli yaşayış binasına düşüb və nəticədə bir qadın ölüb.
Hücum zamanı magistral qaz kəmərində də yanğın baş verdiyi bildirilir.
Ukrayna hüquq-mühafizə orqanları insan ölümünə səbəb olan hərbi cinayət faktı üzrə istintaqa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 22 İyul 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















