Icma.az
close
up
RU
Rusiya ordusu Dnepropetrovsk vilayətinə çatıb? Ukraynadan açıqlamalar

Rusiya ordusu Dnepropetrovsk vilayətinə çatıb? Ukraynadan açıqlamalar

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı və regionun yerli rəhbərliyi Rusiya Müdafiə Nazirliyinin Dnepropetrovsk vilayətinə daxil olduqları barədə yaydığı məlumatı təkzib edib. Ukrayna tərəfi bildirir ki, bu iddialar reallığı əks etdirmir və rus qoşunları hazırda Dnepropetrovsk ərazisinə daxil olmayıb. Cəbhə xəttində əsas döyüşlər Donetsk vilayətində davam edir.

USQ-nin nümayəndəsi Andrey Kovalev “Ukrainskaya pravda”ya açıqlamasında bu iddiaları əsassız adlandıraraq bildirib: “Hazırda əsas döyüşlər Donetsk vilayətində gedir. Düşmən Dnepropetrovsk vilayətinə daxil olmayıb”.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, "Mərkəz" qoşun qruplaşmasının 90-cı tank diviziyası guya Donetsk Xalq Respublikasının qərb sərhədinə çıxaraq Dnepropetrovsk vilayəti istiqamətində hücumu davam etdirir. Bu məlumatlar Rusiya mediasında və “voenkor”lar arasında geniş yayılıb.

Ukraynanın Cənub Müdafiə Qüvvələrinin rəsmi bəyanatında qeyd olunur ki, Rusiya ordusu Dnepropetrovsk vilayətinə daxil olmağa çalışsa da, Ukrayna əsgərləri "qəhrəmancasına və peşəkarlıqla" mövqelərini qoruyur və düşmənin planlarını pozur.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak isə Rusiyanın bu iddialarını “feyk” adlandırıb. Onun sözlərinə görə, faktiki olaraq heç bir Rusiya əsgəri vilayət ərazisinə daxil olmayıb.

May ayının sonlarında bəzi Rusiya hərbi blogerləri guya rus əsgərlərinin Dnepropetrovsk vilayətinin sərhədinə çatdığını iddia etmişdi. Buna “sübut” kimi isə üç Rusiya əsgərinin Dnepropetrovsk və Donetsk vilayətləri sərhədində – tikanlı məftil yanında Rusiya bayrağı ilə poz verdiyi görüntülər paylaşılmışdı. Lakin bu görüntülərin simvolik xarakter daşıdığı, faktiki irəliləyişin isə müşahidə olunmadığı sonradan üzə çıxdı.

Araşdırma qrupu Conflict Intelligence Team (CIT) Rusiya qüvvələrinin Dnepropetrovsk sərhədinə formal şəkildə çıxdığını təsdiqləyib, lakin bunun döyüş baxımından heç bir real nəticəsi olmadığını bildirib. Rusiya ordusu yalnız üç vilayətin – Donetsk, Zaporoje və Dnepropetrovsk – kəsişdiyi nöqtədə yerləşən Zelyonoye Pole kəndini ələ keçirib. Bu isə daha çox siyasi-psixoloji təəssürat yaratmağa yönəlmiş addım kimi qiymətləndirilir.

Məşhur açıq mənbələrə əsaslanan monitorinq platforması DeepState isə qeyd edib ki, həmin ərazidə Rusiya mövqeləri ilə Dnepropetrovsk vilayətinin faktiki sərhədi arasında hələ bir neçə kilometr məsafə var.

Rusiyanın bu tip açıqlamaları informasiya müharibəsinin klassik nümunəsidir. Hərbi uğursuzluqları və cəbhədə irəliləyə bilməməsini kompensasiya etmək üçün Kremlin təbliğat maşını “simvolik zəfərlər” yaratmağa çalışır. Dnepropetrovsk vilayətinin adının hallanması isə həm Ukrayna ictimaiyyətində qorxu yaratmaq, həm də daxildə “uğur təəssüratı” formalaşdırmaq məqsədi daşıyır.

Hazırkı vəziyyət onu göstərir ki, Dnepropetrovsk vilayətində genişmiqyaslı döyüş əməliyyatları yoxdur və Rusiya ordusunun bu istiqamətdə ciddi irəliləyişi qeydə alınmayıb. Bütün bu iddialar informasiya müharibəsinin bir hissəsidir və həm Ukrayna ictimaiyyətini, həm də beynəlxalq müşahidəçiləri çaşdırmağa çalışır.

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri