Rusiyanın Dnepropetrovsk vilayətinə hücumunun məqsədi...
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hücumu həm də bufer zonasının yaradılması istiqamətində işdir.
Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətinə hücumunu bufer zonası yaratmaq işi adlandırmaq olarmı?” sualına Kremlin sözçüsü "Hərbi əməliyyatların öz nüanslarından danışsaq, əlbəttə ki , siz öz suallarınızı Müdafiə Nazirliyinə ünvanlamalısınız" deyə cavab verib.
Peskov vurğulayıb ki, Rusiya ordusunun Dnepropetrovsk vilayətinə hücumu digər nüanslarla yanaşı, Ukraynada Rusiya sərhədlərinin qorunması üçün zəruri olan bufer zonasının yaradılması naminə həyata keçirilir.
Qeyd edək ki, iyunun 8-də Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhədinə çıxdığı və Dnepropetrovsk vilayəti ərazisinə daxil olmasına dair məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















