Icma.az
close
up
RU
Rusiya ordusu hər gün 1100 nəfər itirir

Rusiya ordusu hər gün 1100 nəfər itirir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

NATO rəsmisi Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə insan itkilərinin son aylarda daha da yüksəldiyini bildirib.

Modern.az xəbər verir ki, “BBC Russian Service”ə danışan yüksək vəzifəli rəsmiyə görə, noyabr ayında Rusiyanın orta sutkalıq itkiləri )öldürülənlər, yaralananlar və əsir düşənlər də daxil olmaqla) təxminən 1100 nəfərə çatıb. Oktyabrda bu rəqəm 1000 nəfər idi.

Alyansın qiymətləndirməsinə əsasən, Rusiyanın müharibə başlayandan bəri öldürülən və yaralanan hərbçilərinin ümumi sayı 1,15 milyon nəfərə yaxınlaşır. NATO rəsmisinin sözlərinə görə, Moskva ordunu itkiləri kompensasiya edə biləcək sürətlə yenidən komplektləşdirə bilmir: “Onlar əsasən Moskva və Sankt-Peterburqdan uzaq bölgələrdən insan cəlb etməyə məcburdurlar.”

NATO rəsmisi, həmçinin Vladimir Putinin “Rusiya bu dəqiqə Avropa ilə döyüşə hazırdır” açıqlamasını da şərh edib. NATO-ya görə, Rusiyanın hazırkı hərbi resursları Avropa ilə genişmiqyaslı müharibədə qələbə qazanmaq üçün kifayət etmir.

NATO rəsmisi əlavə edib ki, Rusiyanın Donetsk vilayətinin qalan hissəsini ələ keçirməsi yaxın bir il ərzində real görünmür. Bu nəticə Rusiya ordusunun son aylarda aktivləşən, amma yavaş templə irəliləyən hücumlarına əsaslanır. Moskvanın məqsədinin ABŞ prezidenti Donald Trampı Ukraynaya təzyiq göstərməyə razı salmaq olduğu bildirilir.

Britaniya kəşfiyyatı yayda Rusiyanın ümumi itkilərini 1 milyon nəfərə yaxın göstərmiş, onlardan təxminən 250 mininin həlak olduğunu bildirmişdi.

Donald Tramp avqustda demişdi ki, təkcə 2025-ci ilin əvvəlindən bəri Rusiya 112 min nəfərdən çox canlı qüvvəsini itirib.

"The Economist" analitikləri isə Rusiyanın ümumi itkilərinin 900 min - 1,3 milyon arasında olduğunu yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri