Rusiya ordusu sürətlə güclənir: NATO ölkəsinə hücum edəcək
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya silahlı qüvvələrinin artımını nəzərə alsaq, 2029-2030-cu illərdə NATO ölkələrinə hücum etməyə çalışacağına dair nəzəri ehtimal qalır.
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius “Delfi” nəşrinə açıqlamasında deyib.
Onun fikrincə, məhz buna görə NATO-nun müdafiə qabiliyyətinin təmin edilməsi xüsusilə vacibdir.
Nazir bildirib ki, hərbi ekspertlər Rusiyada baş verən hadisələri diqqətlə izləyir və bu ölkənin silahlı qüvvələrinin nəzərəçarpacaq dərəcədə böyüməsinə işarə edir:
"Orada hərbi sənaye ciddi şəkildə inkişaf edir, çoxlu tanklar və təyyarələr istehsal olunur və bu o deməkdir ki, Rusiya silahlı qüvvələri əhəmiyyətli dərəcədə artır. 2026-cı ilə qədər onların sayı yəqin ki, 1,5 milyon hərbçiyə çatacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















