Rusiya ordusu Ukraynada yenidən xilasedicilərə zərbə endirib, yaralılar var
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Sentyabrın 21-nə keçən gecə Ukraynanın Çerniqov vilayətində Rusiyanın PUA hücumundan sonra baş verən yanğını söndürməyə gələn xilasedicilərə qarşı tərəf təkrar zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, iki xilasedici xəstəxanaya yerləşdirilib. Nejin rayonunda rus qoşunları gecə saatlarında kritik infrastruktur obyektinə hücum ediblər. Dron zərbəsindən sonra yanğın başlayıb və xilasedicilər dərhal hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlər artıq iş başında olarkən düşmən ikinci zərbəni endirib. Atəş nəticəsində iki xilasedici yaralanıb.
Hər iki yaralı yanğınsöndürən hospitala yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 21 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















